Ana səhifə / Əsas Xəbər

VİLYAM HACIYEVİN OĞLU DA İŞDƏN ÇIXARILDI

832
VİLYAM HACIYEVİN OĞLU DA İŞDƏN ÇIXARILDI
İmişlinin icra başçısı Vilyam Hacıyev bu gün dövlət başçısının sərəncamı ilə işdən azad olunub.

LİDERİNFO.AZ xəbər verir ki, Hacıyev dünən DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılacağı gözlənilir.
Bu əsnada məlum olub ki, sabiq icra başçısının oğlu Məhəmməd Hacıyevin də işdən azad edilməsi barədə müraciət baş prokurora təqdim edilib. LİDERİNFO.AZ-In əldə etdiyi məlumata görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində çalışan M.Hacıyevin işdən çıxmasına dair əmrinin konkret nə zaman veriləcəyi bilinmir. Məlumatda iddia edilir ki, sözügedən şəxsin bu gün xidməti vəsiqəsi alınıb və ona əmri çıxana qədər gözləmək tövsiyyə edilib.
Məsələni Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirməyə çalışırıq.