Ana səhifə / Redaksiya seçimi

57 saylı DSK-da namizədlər MSK-ya videomüraciət etdilər-Etiraz

187
57 saylı DSK-da namizədlər MSK-ya videomüraciət etdilər-Etiraz
Biz bu seçkiləri tanımırıq və qəbul etmirik!

57 sayli Kurdəmir seçki dairəsindən namizədliyi irəli sürülmüş Qəribov Rəşad Fərhad oğlu 9 fevral 2020 ci il tarixdə seçkilər zamanı baş vermiş xətalar ilə əlaqədar olaraq toplanmış materialları yəni tərtib olunmuş aktları, imzalanmamış protokolları ve eyni zamanda seçki günün erzində çəkilmiş video materialları ərizəyə əlavə edərək 57 saylı dairənin qəbul etdiyi qərarın ləğv edilməsinə dair Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.Həmin müraciətdə bilavasitə seçki məntəqələtində baş vermiş qanun pozuntuları yəni ayri ayrı vətəndaşların ikili məntəqələrdə səs vermələri,bundan əlavə səs vermənin sonunda məntəqə sədrlərinin bildiriş və bülletenlərini ortada qoyaraq naməlum istiqamətə getmələri ,bundan əlavə protokollarda sayılanlar sona yetdikdən sonra əlavə bülletenlər açaraq yetərsay həddinə çatdırılması ilə bağlı olan faktlar hamısı həmin ərizəyə əlavə edilərək Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.Namizəd Rəşad Qəribov və həmin 57 saylı dairə üzrə olan digər namizədlər ümumbirlikdə mətbuat konfransı keçirmişlər sonradan həmin mətbuat konfransının nəticələri ilə əlaqədar olaraq ölkə başçısına ümumilikdə bir yerdə müraciət etmişlər.

Bundan əlavə 10 saylı seçkı məntəqəsində namizəd Rəşad Qəribovun vəkili Anar Qəribov ATƏTİN nümayəndələri ilə görüşmək ehtimalı olduğu üçün məntəqə tərəfindən bilavasitə həbs edilib qapalı şəraitdə saxlanılıb, azadlıqdan məhrum edilib ve sonradan vəkil gəldikdən sonra azadlıqa buraxılmışdır.
Bundan əlavə məntəqədə bir neçə dəfə işıqlar söndürülmüş və son nəticə etibari ilə göstərilən bildirişlər o hissədə məntəqə sədrləri tərəfindən saxtakarlıqla qutulara atılmışdır.

Əlavə olaraq bildirişlər əvvəlcədən möhürləmərək qulaqlarıkəsilərək sədrin seyfində saxlanilmişdir