Ana səhifə / Redaksiya seçimi / Əsas Xəbər

Kürdəmirin icra başçısı özü təyin etdiyi namizədi millət vəkili "SEÇDİ"-NAMİZƏDLƏR SEÇKİLƏRİ BAYKOT ETDİ

864
Kürdəmirin icra başçısı özü təyin etdiyi namizədi millət vəkili "SEÇDİ"-NAMİZƏDLƏR SEÇKİLƏRİ BAYKOT ETDİ
Kürdəmiri bir neçə aydı öz əmrləri ilə “əsir”edən icra başçısı Ceyhun Cəfərov axır ki,aldığı məvacibin qarşılığını ödəyə bildi.

Liderinfo.az –ın Kürdəmirdəki əməkdaşalarının araşdırmasına görə rayon camaatı icra başçısının əmrlərindən qorxularından çıxa bilmir.
Belə ki,Şıxımlı kənd Bələdiyyə sədrinin müavini Mehman bəyin məlumatına görə iki gün öncə 7 fevral günü icra başçısı C.Cəfərov bütün idarə heyyətinin rəis və başçıları ilə toplantı keçirərək onlara qəti şəkildə əmr edib.Əmrdə vurğulanıb ki,hər kəs tabeliyində olan müəssissənin işçilərinin siyahısını tutsun və hər birinə fərdi olaraq xəbər verilsin ki,hər kəs bir nəfər kimi seçkilərdə iştirak etsin və dəstək olduğu namizəd Əminə Ağazadəyə səs versinlər.Əks halda seçkilərdən sonra gəlib işdən azad olunması ilə bağlı idarədə ərizələrini yazsınlar.11 ci mənətəqə Köhnə Bazar adına orta məktəbdə təyin olunduğu üçün məktəbin direktoru da orda idi .Direktorla səmimi söhbətimizdə direktor : Mənim 65 yaşım var 42 ildir təhsil sistemindəyəm.Bu gördüyünüz məktəb kəndin yarısı boyda idi ərazini sata sata balaca bir daxmaya döndərmişəm və buna görə də iki dəfə az qalıb ki, tutulam. İndiyə qədər bütün icra başçılarına sadiq olmuşam və indiyə qədər çox əmrlər yerinə yetirmişəm bu artıq sonuncu aldığım əmrdir mayın 15 dən sonra pensiyaya çıxacam.Direktor bu cür fərasətli çıxışında onu da vurğuladı ki,bütün müəllim və müəllimələrə bu gün bir dəfə zəng etmişəm ki,C.Cəfərov sözü bir dəfə deyir hər kəs bir nəfər kimi bu gün seçkidə olsun.

Liderinfo.az ın əməkdaşı həmin gün seçkinin sonuna qədər o məntəqədə müşahidədə olub.Həqiqətən də o məntəqəyə 300 nəfər seçici gəlib və bunların hər biri məntəqəyə daxil olarkən qeydiyyatdan keçərkən seçki komissiyasının əməkdaşına ilk öncə adını yazdırırmış ki,yani ki gəlməyim barədə siyahıya düşdüm .
Siyahını namizədlərdən Rəşad Qəribovun müşahidəçilərindən olan Ramil adlı şəxs gizlincə oxuyub,öz dəftərində qeyd aparıb və bildirib ki, həmin siyahıda 64vmüəllim(ə),21 poçt əməkdaşı,71 həkim və tibb bacıları,48 nəfər isə həmin Mehman adlı bələdiyyənin müavini olan şəxsin adını yazdırıb.

Kürdəmirdə seçki günü Ambulans xəstə əvəzinə seçici daşıyırdı.
İcra başçısının göstərişi ilə səhiyyənin də əməkdaşları həmin gün namizəd olan Əminə Ağazadəyə xidmət edirdi.həmin videofaktı təqdim edirik.


10 saylı məntəqədə 200 ədəd bülleten bir anın içində 419-a qalxır.
Bütün məntəqələrdə “karusel”əməliyyatı baş verdiyi kimi Kürdəmir rayon 57 saylı DSK nın 10 saylı məntəqəsində də eyni hallar baş verib. Video faktı sizə təqdim edirik.


Bu kimi saxtakarlıqların sayı əlimizdə olan faktlara görə 35-40 ya yaxın videolardadır.Bu saxtakarlıqların sonunda bir çox məntəqələrdə bülletenləri götürüb qaçan sədrləri, polislərin xidməti maşınlarında bülleten daşıyan paqonlu həmvətənlərimizi saymasaq, nəticə olaraq saxta namizəd Əminə Ağazadə millət vəkili seçildi.Bu seçkidən dərhal sonra namizədlər dərhal mətbuat konfransı keçirdilər.Həmin konfransda bakıdan təşrif buyurmuş jurnalistlərin iştirakı ilə namizədlər etirazlarını bildirdilər ve seçkilərin saxta keçirildiyi üçün 57 saylı DSK nın qərarını ləğv etmələrini tələb etdilər.Əgər ləğv olunmasa məhkəməyə verəcəklərini,bütün instasiyalara şikayət edəcəklərini bildirdilər. Bundan əlavə namizədlərdən biri Rəşad Qəribovun vəkili olan Anar Qəribov bütün təhsillərini xaricdə aldığı üçün ingilis dilini mükəmməl bilir.Vəkil məntəqələrə gələn beynəlxalq nümayəndələrlə görüşmək istəyib,lakin bunu görən məntəqə nümayəndələri və polis əməkdaşları Anar Qəribova zor tətbiq edərək günorta saat 15:00 radələrindən axşam saat 21:00 -a qədər ac susuz əsir vəziyyətində bir otaqda qapısı kilidli vəziyyətdə saxlayıblar ki,xarici nümayəndələrlə görüş keçirməsin.Vəkilin sözlərinə görə bu barədə məhkəməyə də müraciət edəcək. Bir sözlə namizədlər bu seçkilərdən qəti şəkildə narazıdırlar və seçkiləri baykot etdilər.konfransdan video görüntüləri sizə təqdim edirik .

P.S. SABAH LİDERİNFO.AZ-DA ƏMİNƏ AĞAZADƏ İLƏ BAĞLI İLGİNC VİDEO TƏQDİM EDƏCƏYİK.BİZİ İZLƏYİN
LİDERİNFO.AZ