Ana səhifə / Əsas Xəbər

Seçin ki,Yasamal qazansın!:Şərəf və Ləyaqəti ilə seçicilərinin hörmətini qazanan Namizəd!-VİDEO

290
Seçin ki,Yasamal qazansın!:Şərəf və Ləyaqəti ilə seçicilərinin hörmətini qazanan Namizəd!-VİDEO
Elməddin Novruzlu:Mən bir jurnalist kimi və Ramin Əhmədovu tanıyan vətəndaş kimi sizi əmin edirəm ki,Ramin Əhmədovu seçməniz onun özündən çox sizin üçün daha vacibdir.

LİDERİNFO.AZ saytının baş redaktoru Elməddin Novruzlu 16 saylı Yasamal ll Seçki Dairəsindən deputatlığa namizəd Ramin Əhmədov haqqında öz fikirlərini bizimlə bölüşüb. Elməddin Novruzlu deyir ki, Ramin Əhmədovu şəxsən tanıyıram və onun təbliğat və təşviqatının real olduğuna,digərləri kimi boğazdan yuxari danışmadığına əminəm.Çünki Ramin bəy çox dürüst,mərd,ətrafının hər bir ehtiyacı olanına əl tutan,sözün əsl mənasında dost kimi dostdur.Ən əsası isə kasıbçılığın nə olduğunu ,əziyyətin nə olduğunu bilən biridir. Mən inanıram ki,o şəxs əgər millət vəkili seçilərsə bu zamana kimi verdikləri vədlərə əməl etməyən deputatları əbəs yerə seçdiyinizin şahidi olacaqsınız.Mən bir jurnalist kimi və Ramin Əhmədov tanıyan vətəndaş kimi sizi əmin edirəm ki,Ramin Əhmədovu seçməniz onun özündən çox sizin üçün daha vacibdir.Bir sözlə çox gözəl bir şüardır. Seçin ki Yasamal qazansın.

Ramin Əhmədov kimdir?

16 saylı Yasamal ll Seçki Dairəsindən deputatlığa namizəd Əhmədov Ramin Sərdar oğlu Əhmədov 15 iyul 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində sürücü və kasıb bir ailədə doğulmuşdur. 1984-1994-ci illər arasında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Vərməziyar kəndində olan orta məktəbdə orta təhsil almışdır. 1995-ci ildə ailəsi ilə birgə Bakıya köçmüşdür. 1999-cu ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Hərbi Dəniz Qüvvələrində hərbi xidmətdə olmuşdur.Ailəlidir, iki övladı var.

2000-ci il “Konokon TT” – Kik – Boksinq üzrə II dərəcəli idmançı, atıcı idmançıdır. Ramin Əhmədov biznes sahəsinə maraq göstərərək “Sərdaroğulları” MMC-ni təsis etmişdir. Bununla yanaşı, ictimai həyatda da fəal iştirak etmişdir. Mətbuatla sıx əməkdaşlıq imkanları yaradaraq müxtəlif publisistik və siyasi məzmunlu yazılara müəlliflik etmişdir. 2005-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının orqanı olan “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunmuşdur. 2007-ci ildə Şuranın Məclis üzvü, 2012-ci ildə isə İdarə Heyətinə üzv seçilmişdir. 2015-ci ildə “Missiya.Az İnformasiya Portalını yaratmışdır. Hazırda həm böyük oxucu kütləsinə malik olan Missiya.Az portalına, həm də “Türk Dünyası Ağsaqqalları” qəzetinə rəhbərlik edir. Dövlət maraqlarını əhatə edən, aktual ictimai-siyasi mövzularda yazılmış məqalələri hazırda da müxtəlif KİV orqanlarında yayımlanır.

2006-cı ildən “Yeni Liqa” həftəlik ictimai-siyasi qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayan Ramin Əhmədov ədəbiyyatda da öz sözünü demişdir. Bir neçə kitabın, yüzlərlə məqalə və oçerklərin müəllifi olmaqla yanaşı, bir çox mükafatlara layiq görülən və Yeni Azərbaycan Partiyasının üzvü olan bu gənc partiya ideyalarına sadiq qalaraq dövlətçiliyə xidmət edir, bir çox layihə, tədbir və görüşlərə təşkilatçılıq edir.

2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 7 kitabın müəllifidir. Sonuncu kitabı, “Heydər Əliyev və antiterror siyasəti” adlanır. Ölkənin ictimai həyatında və mətbuatdakı fəaliyyətinə görə dəfələrlə müxtəlif diplomlara və fəxri fərmanlara layiq görülmüşdür. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda YAP Nizami rayon Təşkilatında sədr müavini vəzifəsində çalışır. Aktiv ictimai-siyasi fəaliyyətinə görə, həm YAP Nizami rayon Təşkilatı, həm də rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.

Rayonda gənclərin idmana marağını artırmaq məqsədilə “RX” Boks və Kikboksinq klubu yaratmışdır. Hazırda həmin klubda gənclərimiz məşq edir, müxtəlif yarışlara hazırlaşırlar.

Həm Nizami rayonu ərazisində, həm də ölkəmizin ayrı-ayrı bölgələrində çoxsaylı humanitar aksiyalar təşkil etmiş və həmin layihələrə bilavasitə rəhbərlik etmişdir. Sosial yönümlü layihələrini hazırda da davam etdirir.

16 saylı Yasamal ll Seçki Dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun dünən, Şəfaət Mehdiyev 97 a binasının və ətraf küçələrin sakinləri ilə keçirilən görüşdən hazırlanan videolinki diqqətinizə təqdim edirik.

Ramin Əhmədov: "İstədiyim odur ki, hər birinizin ürəyində yer alım"

Seçin ki, Yasamal qazansın!

video linkdə
Digər Video Linkdə