Ana səhifə / Əsas Xəbər

Paytaxtın seçimi – Hicran Şərifova səs verək! Qoy layiqli insanlar qazansın!

152
Paytaxtın seçimi – Hicran Şərifova səs verək! Qoy layiqli insanlar qazansın!
Ölkəmizin sayılıb-seçilən idmançılarından biri, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri Hicran Şərifov 32 saylı Üçüncü Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

1965-ci ildə Əmircan qəsəbəsində anadan olan H.Şərifov 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasını bitirib. 1993-cü ildən polis orqanlarında fəaliyyətə başlayıb və polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası olan H.Şərifov gənc nəslin idmana cəlbi iqtiqamətində böyük işlər görüb və “Cəngi” Güləş Klubunu yaradıb. Bu klubda ehtiyacı olan ailələrdən olan yeniyetmələr təmənnasız məşqlərə cəlb olunub. Onların arasında yüksək nəticələr göstərən, beynəlxalq yarışlarda uğur qazanan idmançıların sayı az deyil.

Hicran Şərifov bütün fəaliyyəti boyu doğulub boya-başa çatdığı Əmircan kəndini heç zaman diqqətdən kənarda qoymamış və tarixi əhəmiyyətə malik “Səkinə xanım ziyarətgahı”nı yenidən təmir etdirərək, kənd sakinlərinin istifadəsinə verib.

Əziz Suraxanı, Bülbülə və Əmircan sakinləri!

Bilirsiniz ki, Azərbaycanda islahatlar başlayıb və bu islahatların təməlində istər icraedici, istərsə də qanunverici hakimiyyət qollarının yenilənməsi, idarəetmə sisteminə yeni nəfəs gətirilməsi dayanır. Hicran Şərifov müasir dövrün tələblərinə tam cavab verən, geniş təşkilatçılıq qabiliyyətinə malik bir namizəddir.

9 fevarl seçkilərində iştirak edin və ən layiqli namizədə – Hicran Şərifova səs verin! Əmin olun ki, o deputat seçilsə, bu təkcə onun deyil, bütün Suraxanı, Bülbülə və Əmircan sakinlərinin qələbəsi olacaq!