Ana səhifə / Əsas Xəbər

Gəlinim Şəhidimin evini satıb başqasına ərə gedib- Şəhidin Anası şikayət edir

129
Gəlinim Şəhidimin evini satıb başqasına ərə gedib- Şəhidin Anası şikayət edir
“Mən hamıdan kömək istəyirəm. Ürəyim doludur, Təbrizimin iki balasının mənlə görüşməsinə Pərişan icazə vermir. İndiyə kimi oğluma, nəvələrimə görə susmuşam.

O, çox pis iş elədi. 40 mərasimindən sonra dedi ki, gedib Təbrizin evində uşaqlarla tək yaşayacaq. Bizim yanımızda durub xəstələrə baxası deyil.

İndi Pərişan evlənib özü bilər. Ancaq hazırda birgə yaşadığı Mehdi Əsədullayevlə rəsmi nikaha girmir. Bunu ona görə etmir ki, şəhid xanımı statusunu özündə saxlasın. Dövlətin bu məqsədlə ona ayırdığı pulu başqalarına verir. Mehdi vaxtilə hərbi məktəbdə oxumuşdu. Birinci kursdan sonra onu hərbdən atdılar. İndi də ailəsini, 3 uşağını atıb. Pərişan Mehdinin yoldaşına deyib ki, narahat olmasın, kəbinlə bir yerdədirlər, onun ailəsinin heç bir şeyə ehtiyacı olmayacaq.

Həmin Mehdidən 1 yaşında qızı da var imiş. Bizim heç nədən xəbərimiz olmayıb, biləndən sonra da oğluma, iki nəvəmə görə susmuşam. Amma artıq dözə bilmirəm. Mənim balamın adından, şəhid xanımı statusundan istifadə edir.

Bir müddət Təbriz üçün verilən evdə yaşayıblar. İki körpənin şəhid övladlarının atasından qalan evdə başqa kişiylə yaşamaq olarmı? Mən uşağımdan qalanları niyə başqalarına verməlidir? Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, bizə bu işdə köməklik etsinlər. Hökumətin mənim uşağıma ayırdığı pulları başqalarına yedirtməsin. Biz ondan başqa heç nə istəmirik. İndi də eşitmişəm ki, şəhid evini də satıb, gedib Xırdalanda ev alıb orada yaşayırlar”.