Ana səhifə / Əsas Xəbər

GDU-nun müəllimi prezidentə müraciət etdi

1435
GDU-nun müəllimi prezidentə müraciət etdi
Fikrət Hacıyev: «Xahiş edirəm, Zakir Zeynalovla bağlı cinayət işi qaldırın»

«Kafedra müdirim Zakir Zeynalov 12 il ərzində məni döydürüb, söydürüb, civə ilə zəhərlədib və Xocalı soyqırımının 20 illiyi ərəfəsində işdən qovdurub. Halbuki mən Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşıyam». JAM.AZ xəbər verir ki, bu sözlər Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyevin prezidentə ünvanladığı müraciətindəndir.

O bildirir ki, 2 aclıq aksiyasından sonra (52 və 29 günlük), faktiki olaraq ölüb-dirilib. «Bundan sonra işə bərpa olunsam da, Rəhman Muradov kimi qatil hakimlər və saxta diplomlu GDU hüquqşünası Günay Şirinovanın hesabına hələ də 17 aylıq əmək haqqımı və təzminatı ala bilməmişəm. Ki, borclarımı qaytarım və müalicə olunum. Bütün bunlar bəs deyilmiş kimi, 14.04.2015 tarixində prorektor Asif Cavadov mənə dedi ki, hajiyevfikret@rambler.ru e-mail ünvanından GDU-nun etika komissiyasının sədri Əliqulu Quliyev haqqında biabırçı məlumatlar yayılıb».

Fikrət Hacıyev müraciətində vurğulayır ki, o, 16.04.2015 tarixində Eldar Mahmudova müraciət edib. Səbəb də həmin məlumatların onun tərəfindən yayılmamasını bildirmək olub. «Zakir Zeynalovun güclü arxası olduğunu bildiyimdən, 8.06.2015 tarixində Gəncə şəhər Prokurorluğuna müraciət etdim. Mənə cavab verdilər ki, MPM-in 296-cı maddəsi əsasında mülki məhkəməyə müraciət edə bilərəm. Ancaq belə maddə yoxdur, çıxarılıb. Bundan başqa Xocalı soyqırımının Heydər Əliyev tərəfindən təşkil olunduğunu iddia edən bu xəstə təfəkkürlü insanı belə müdafiə olunması Sizə də qəribə gəlmirmi? Xahiş edirəm Gəncə Prokurorluğuna cinayət işinin qaldırılmasına dair sərəncam verəsiniz».

Qarşı tərəfi də dinləməyə hazırıq.