Ana səhifə / Əsas Xəbər

Texniki baxış DYP-dən alınacaq! – Daha bir “korrupsiya yuvasının” bağlanacağı gözlənilir

255
Texniki baxış DYP-dən alınacaq! – Daha bir “korrupsiya yuvasının” bağlanacağı gözlənilir
Avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik ediləcəyi gözlənilir

Uzun illərdir formal xarakter daşıyan və korrupsiya mənbəyindən başqa hər hansı özəlliyi olmayan avtomobillərin texniki baxışı prosedurunda dəyişiklik ediləcəyi gözlənilir.

Liderinfo.az hüquq-mühafizə sistemindəki mənbələrinə istinadla xəbər verir ki, avtomobillərə texniki baxışın keçirilməsi səlahiyyətinin Baş Dövlət Yol Polisi İdarəsindən alınması və bu işin hər hansı dövlət qurumuna deyil, özəl şirkətlərə həvalə edilməsi məsələsi müzakirə olunur.

Onu da qeyd edək ki, dünya təcrübəsində texniki baxışın məhz özəl şirkətlər tərəfindən həyata keçirilməsi praktikası olduqca geniş yayılıb. Məsələn, Avstraliyada ümumiyyətlə avtomobillərin texniki baxışı həyata keçirilmir. ABŞ-ın 13 ştatında da texniki baxışa lüzum görmürlər. İspaniyada isə bu işi avtomobili istehsal edən şirkətin ölkədəki dilleri yerinə yetirir. Özü də hər şeyi istehsalçı şirkət özü üzərinə götürərək, lazım gəldikdə texniki baxışı hətta gecə saatlarında həyata keçirir və səhər saat 07.00-a qədər bütün sənədləşməni apardıqdan sonra avtomobili sahibinə çatdırır.

Vaxtilə “qardaş respublikalar” olan Baltikyanı ölkələrdə də texniki baxış DİN-dən alınaraq, özəl şirkətlərə həvalə olunub və hər inzibati ərazinin öz texniki baxış mərkəzi və şirkəti var. Təbii ki, bu da nəticədə rüşvət, süründürməçilik və vaxt itkisi kimi məsələləri aradan qaldırıb.