Ana səhifə / Əsas Xəbər

Sahil Babayev Hidayət Abdullayevin yeznəsini himayə edir... - QANUNLARI POZARAQ...

119
Sahil Babayev Hidayət Abdullayevin yeznəsini himayə edir... - QANUNLARI POZARAQ...
Sahil Babayev Hidayət Abdullayevin yeznəsini himayə edir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin yaxın adamlarının vəzifəyə təyinatı yuxarı dairələrdə müsbət qarşılanmayıb. Xüsusilə nazirliyin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşı İsmayıl İsrafilovun ƏƏSMN-nin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor təyin edilməsi narazılıq yaradıb. Bu barədə dia.az-a daxil olan məlumatda deyilir.

Xəbərdə daha sonra bildirilir: "Buna baxmayaraq, nazir Sahil Babayev İ.İsrafilovu vəzifəsində saxlayıb. Bu isə dövlət qulluğu ilə bağlı qanunvericiliyə ziddir. Çünki nazirlikdə tikinti məsələləri bilavasitə Aparat rəhbərinin nəzarətindədir. Bu baxımdan qeyd olunan sahədə şəffaflığın olması ciddi şübhələr doğurmaya bilməz.

Qeyd edək ki, Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan tikinti və təmir işlərinin vaxtında istifadəyə verilməsi, həmin işlərin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və başqa maliyyə mənbələrindən ayrılmış vəsaitlərin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə yaradılıb".

LİDERİNFO.AZ olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...