Ana səhifə

Azərbaycanın bikini çempionu:" Porno hara, qantel hara?" MÜSAHİBƏ -VİDEO

Azərbaycanın bikini çempionu:" Porno hara, qantel hara?" MÜSAHİBƏ -VİDEO
Bakıda bodibildinq və fitness bikini üzrə çempionatın qalibi Salatın Əsədova olub.

BAKU.WS xəbər verir ki, ümumilikdə yarışlarda 31 atlet iştirak edib. Fitnes-bikini kateqoriyasında əla fiqura nümayiş etdirərək Salatın Əsədova qalib olub.

Üç qat Azərbaycan bodibildinq və fitnes bikini üzrə çempionu Salatın Əsədova ilə müsahibəni təqdim edirik:

- Salatın Əsədova kimdir?

- Salatın Əsədova fitnes müəllimiyəm. 25 yaşım var. Bakıda doğulmuşam, Bakıda yaşayıram. Fitneslə 5 ildir məğul oluram. İlk dəfə 2017-ci ildə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunan bodibildinq və fitnes bikini üzrə çempion oldum. Ondan sonra bu işi özümə sənət olaraq, seçdim. 2 il ara verməyimə baxmayaraq, yenidən qalib olmaq çox xoş hiss idi.
Azərbaycanın bikini çempionu:" Porno hara, qantel hara?" MÜSAHİBƏ -VİDEO
- Gördüyünüz işin çətinlikləri nədir?


-Əgər normal formadasansa və pis vərdişlərin yoxdursa, bu iş elə də çətin deyil. 2017-ci ildəki çıxışımdn sonra fasilə vermişdim. Az məşq edirdim. Ona görə, bir az çətin oldu. Mütləq dieta saxlamalısan. Dieta ac qalmaq deyil, sadəcə rejimlə və sağlam qidalanmalısan.

- Ailəniz sizi dəstəkləyir?

-Ailəm idmanla professional məşğul olmağıma razı deyildi. Uşaqlıqdan karate ilə məşğul olmaq istəyirdim, amma alınmadı. Yaş artdıqca isə artıq o idman növü ilə məşğul ola bilmirsən. Daha sonra basketbolla məşğul olmuşam. Bir gün bir nəfər mənə niyə fitneslə məşğul olmadığımı soruşdu. Bu sual məni düşündürdü və mən ondan sonra başladım fitnesslə məşğul olmağa. 2017-ci ildə çempionata qatıldım və qalib oldum. Ondan sonra valideyinlərim başladı məni dəstəkləməyə.

- Deyilənə görə, porno saytlarda sizin məşq zamanı çəkilən videolarınızı paylaşırlar. Bu barədə məlumatınız varmı və buna münasibətiniz necədir?

-Mənim bu barədə məlumatım indi oldu. Sözümə görə, üzr istəyirəm, yəqin ki insanlar pornonun nə olduğunu bilir. Mən qantellə məşq edirəm. O saytları da şikayət edəcəm...

Müsahibənin tam variantını videodan izləyə bilərsiniz.