Ana səhifə / Əsas Xəbər

Afiyəddin Leysanovun adı qalmaqalda hallanır... - GİLEY

314
Afiyəddin Leysanovun adı qalmaqalda hallanır... - GİLEY
Azərbaycanda məhkəmə tərəfindən həbs qoyulan avtomobil qanunsuz olaraq başqasının adına qeydiyyatdan keçirilib.

Bu barədə “Report”a müraciət edən Bakı şəhər sakini, Anar Şahbazov deyib. O bildirib ki, ötən il ona olan 51 min manat (30 min dollar) borcun qaytarılması üçün tanışı Arzu Əliyarovun şəxsi mülkü olan avtomobilinə həbs qoyulsa da, sonradan qanunsuzluqlar meydana çıxıb. Belə ki, avtomobilin satışı vasitəsilə A.Əliyarovun A.Şahbazova olan borcunun ödənilməsi üçün məhkəmə qərar çıxarıb:

“Borcun ödənilməsi üçün Nərimanov rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qərar çıxarılıb. Qərardan sonra icra mənə borcu olan Arzu Əliyarovun 10 BZ 090 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilinə həbs qoyaraq satışa çıxardı və avtomobilin satışından əldə olunan gəlirlə mənim borcumun qaytarılmasının təmin edilməsi üçün göstəriş verildi. Amma avtomobilə həbs qoyulduğu üçün onun başqasına satılması əngələ çevrilir, çünki maşını kiminsə adına keçirmək mümkün olmur. Əliyarov barəsində isə dələduzluq maddəsi ilə cinayət işi açılıb”.

Şikayətçinin sözlərinə görə, həbs qoyulan avtomobil Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) "Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsinin əməkdaşı Afiyəddin Leysanov tərəfindən qanunsuz olaraq başqasının adına qeydiyyatdan keçirilib: “Müxtəlif üsullarla həmin avtomobilin satışı həyata keçirilib. A.Leysanov avtomobili başqasının adına qeydiyyatdan keçirib. Bununla da, avtomobil mənə borcu olan A.Əliyarovun şəxsi mülkləri siyahısından çıxarılıb. Mən bundan sonra A. Leyasnovun qəbulunda oldum, amma o, özünü xəstəliyə vurub təzyiqinin qalxdığını bildirdi. Buna baxmayaraq avtomobili başqasının adına qeydiyyatdan keçirdiyini təsdiqlədi. Mənə də problemimin yoluna qoyulacağını bildirdi. Amma məhkəmə tərəfindən 2018-ci ilin martında verilən qərar hələ də icra olunmayıb”.

O, bununla bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev “Report”a bildirib ki, vətəndaş Anar Şahbazov bununla bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət edib. Hazırda müraciətlə əlaqədar olaraq araşdırma aparılır.