Ana səhifə / Əsas Xəbər

Sahil Babayevin Biləsuvardakı kadrına İTTİHAM - Müraciət

136
Sahil Babayevin Biləsuvardakı kadrına İTTİHAM - Müraciət
Son prezident seçkilərinin ardından qurulan yeni hökumət üzvləri sırasında ən gənc nazir – 1980-ci il təvəllüdlü Sahil Babayevi görəndə hər kəs sevinmişdi.

Bu zamana qədər qoca qurdların əlindən zara gələn pensiyaçılar, əlillər, şəhid ailələri və s. kimi yardıma möhtac vətəndaşlarımız, axır ki, yetim-yesir malı yeyən ünsürlərdən xilas olduqlarını düşünüb xeyli ümidlənmişdilər. Di gəl ki, bu ümid qısa müddətdən sonra xəyal qırıqlığına çevrildi. Prezidentin şəhid ailələri üçün ayırdığı 11 min manatı belə vermək istəməyən bu gənc adamın idarə etdiyi nazirlikdən mətbu orqanlara yeni-yeni şikayətlər daxil olmağa başladı.

Ovqat.com-a Biləsuvar rayonundan göndərilən şikayət məktubu da bu qəbildəndir. Müəllif – adı və soyadı qədər, zaman-zaman mətbu orqanlarda maraqlı yazılarıyla da diqqəti cəlb edən Əlizadə Nəhmədağaoğlunun qələmə aldığı məktubdan belə anlaşılır ki, Sahil Babayevin rəhbərliyi altındakı nazirlik strukturlarında vəziyyət əvvəlki dövrlərlə müqayisədə daha da ağırlaşıb; əvvəl yenə “qoca qurdlar” yetim-yesir haqqını səssiz-səmirsiz gəmirirdilər, indikilər isə korrupsiya bataqlığında boğulduqlarını belə gizlətmirlər. Etiraz edən vətəndaşlara isə “bizə belə təlimat verilib, kimə istəyirsiniz, şikayət edə bilərsiniz” deyirlər.



Hər halda Əlizadə bəyin öz başına gələn hadisələrin nəqlindən belə çıxır. Müəllif məktubunda yazır:

“Yaranmış şəraitdən, eləcə də çəzasızlıq mühitindən sui-istifadə edərək toxunulmazlıq statusu əldə edən, Biləsuvar rayon Sosial Müdafiə Fondunun başında duran (müdiri) Fərasim Əliyev və onun bəzi əməkdaşlarının çirkin iş metodları hər kəsə bəllidir. Harınlıq əndazəsi o dərəcəyə catıb ki, H.Əliyev Fondunun dəstəyi ilə bu ilin yeni il qabağı aztəminatlı 560 ailəyə verilməsi nəzərdə tutulan yardım paketlərinin bir qismi yalnız 50-60 nəfərə çatdırıldı, yəni öz adamlarına verildi, qalanları marketlərdə satılaraq mənimsənildi. Eləcə də aztəminatlı ailələrə ayrılması nəzərdə tutulan müavinətlər, ünvanlı yardımlar müxtəlif qeri-leqal yollarla mənımsənilir. Əlillərə pensiya təyinatlarında stajlar düşünülmüş halda arxiv idarəsi ilə sövdələşmə nəticəsində saxtalaşdırılır. Əmək pensiyaların təyinatlarında stajların toplanması və hesablanmasında,əməkaşların şərtlərinə razı olmayanların işi düşür əngələ...”

Sahil Babayevin regionlarda baş verən korrupsiya faktlarından xəbərsizliyi, yaşananların “köhnə qvardiya”nın təxribat əməlləri olması ehtimalını düşünüb, redaksiyamıza göndərilən şikayət məktubunu zəruri bəzi korrektələrlə dərc edirik. Ümidvarıq ki, gənc nazir ətrafında baş verənlərdən, başı üzərində kimlərinsə dolaşırmağa çalışdığı qara buludlardan xəbərdar olub, nazirlikdə ciddi kadr islahatlarına start verəcək:


Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Kütləvi İnformasiya Vasitələrinə

Acıq Məktub

Cənab Prezident!

Dəyərli Həsən Bəy Zərdabi davamçıları!

Bu gün Azərbaycanda mövcud olan doğrunu danmaq, pərdələmək, həqiqətin üstündən xətt cəkib yerinə yalan yazmaq, ac xalqın üzərinə tox adını yazdırıb özünə ucuz hörmət qazanmaq kimi cılız və qeyri-sağlam hərəkət ədalətsizlikdən, hüquqsuzluqdan, qanunsuzluqdan, dəyərsizlikdən, təkcə ölkəmizin insanları tərəfindən deyil, dünya ictimaiyyəti tərəfindən də qınağa tuş gəlir.

Cəmiyyət, insan və vətəndaş hüquqları harınlıqdan quduzlaşmış məmurların ayaqları altına atılmış vəziyyətdədir. Cəmiyyət, insanları köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalanı gündəlik normaya çevirən korrupsiya və rüşvət üsullarından yararlanan məmurlardan qoruya bilmir. Ölkə vətəndaşları nəinki, yüksək çinli məmurlardan, hətta aşağıdan - ən kiçik inzibatı orqanlardan qanunların tələbinə nail ola bilmir. Vətəndaşların ərizə və şikayətlərindən şəxsi ambisiya maraqlardan yanaşılır. Siyasi analiklərin təbbirincə desək, “dövlət iki halda sarsıyır - birinci, cinayətkar cəzasız qalanda, ikincisi, günahsız ittiham olunanda”.

Unudulmaz şairimiz B.Vahabzadənin təbirincə desək;

Zülümlər ədaləti, itirib ilim-ilim.

İnsan haqqı-hüququ,

ayaq altda bir kilim.

Günahkar ittihamcı,

günahsızsa millətim.


Həqiqətən də bizim dərdimiz yerə-göyə sığımır. Ölkədə mövcud olan hüquqsuzluq, cəzasızlıq mühitinin qurbanına cevrilmışik. Ədalət, mühakimə sisteminində vakkum yaranması, ayrı-ayrı təbəqələrə xüsusi imtiyazların verilməsi, hüquq mühafizə orqanlarının öz funksiyalarını yerinə yetirə bilməməsi, məhkəmə sisteminin asılılığı, Azərbaycan hakimiyyətinin indiki idarəcilik sistemində boşluğa gətirib cıxarmışdı. Bu kontekstdə cənab Prezident Siz müşavirələrdə dönə-dönə məmurları tənbeh edir,cəzalandırırsınız.

Görünən odur ki, bunlar yetərincə deyil,onların cevrəsi genişdir. Söylənənlərin həqiqət olduğunu faktlar və arqumetlərlə izah etsək, daha inandırıcı olar. Bu gün nə baş verdiyini ictimaiyyət vasitəsilə Sizə catdırmaq istəyirəm. Biz o anlamdayıq ki, Sizə ünvanlanmış müraciətlər catmır, Prezident Aparatında zibil yeşiyinə atılır.

Hörmətli Prezident!

Dəyərli Mediya nümayəndələri !

Bu gün Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində və onun rayon şöbələrində kitab-dəftər yerli-dibli itib. Xusisilə Biləsuvar rayon şöbəsində...

Yaranmış şəraitdən eləcə də çəzasızlıq mühitindən sui istifadə edərək toxunulmazlıq status əldə edən, Biləsuvar rayon Sosial Müdafiə Fondunun başında duran (müdiri) Fərasim Əliyev və onun bəzi əməkdaşlarının çirkin iş metodları hər kəsə bəllidir. Harınlıq əndazəsi o dərəcəyə catıb ki, H.Əliyev Fondunun dəstəyi ilə bu ilin yeni il qabağı az təminatlı 560 ailəyə verilməsi nəzərdə tutulan yardım paketlərinin bir qismi yalnız 50-60 nəfərə catdırıldı, yəni öz adamlarına verildi, qalanları marketlərdə satılaraq mənimsənildi. Eləcə də aztəminatlı ailələrə ayrılması nəzərdə tutulan müavinətlər, ünvanlı yardımlar müxtəlif qeri-leqal yollarla mənımsənilir. Əlillərə pensiya təyinatlarında stajlar düşünülmüş halda arxiv idarəsi ilə sövdələşmə nəticəsində saxtalaşdırılır. Əmək pensiyaların təyinatlarında stajların toplanması və hesablanmasında,əməkaşların şərtlərinə razı olmayanların işi düşür əngələ.

Məcburi sığorta ödəmələrində cox ciddi nöqsanlara yol verilir, sənədlərin rəsmilləşdirilməsi şəxsi maraqlara xidmət edir.

Komersiya strukturlarında, özəl təşklatlarında məcburi sığorta ödəmələrinin toplanmasında (onların hesabatlarını fond əməkdaşları özləri hesablayır) özəl strukturlar fəaliyyətsız kimi göstərilir. Fond çirkli pullarını öz adamlarına “doplata” deyilən ödəmə vasitəsilə aparır. Ataların demişkən, başına gələn başmaqcı olar. Bir necə ay bundan əvvəl əmək pensiyasına cıxmaqla əlaqədar olaraq Biləsuvar rayon DSMF nun əməkdaşı Ümid Əsədov cənablarına sənədləri təqdim edəndə, bu dövlət məmuru bir cox bürokratık əngəl yaratmağa calışdı. Stajın hesablanmasında bilərəkdən “səhvə yol vermişdi”. Buna etiraz edəndə “Gərək bizimlə razılaşasan, yoxsa işin alınmayacaq. Bizim yükümüz ağırdı, “rivizor”ları yola salırıq, qonaqlar olur, biz də sizin əlinizə baxırıq”. Mən bu sövdələşməyə razılaşmayanda bildirdi

-Get hara istəyirsə şikayət et, naxır yerli-dibli itib, sən haqq axtarırsan.

Fondun müdiri Fərasim Əliyevin qəbulunda olub baş verənləri ona nəql etdim. O, uzun-uzadı söhbət əsasında təxminən eyni sözləri dedi: “Bizim xərcimiz çox cıxır, rayonumuzda aparılan tədbirlər bizim boynumuzdadır, aylıq yükümüz var, qonaqlar gəlir” və sair.

Mən əlavə edib dedim ki, biz qanun cərcivəsində əmək pensiyasının təyinatını tələb edirik. Pensiya haqqında yeni qanun Prezidentin 24.04.2018 ci.il 1078,VQ.D.nömrəli fərmanla tətbiqinə başlanıb. Bu qanuna əsasən, mənim pensiya təyinatım köhnə qayda ilə aparılmalıdır. Fondun müdiri Fərasim müəllim əlavə etdi:

“Yazılmayan qanunlar da var", baş barmaqı ilə arxasındakı portiretə işarə edərək, "bizlik deyil onluqdur” - deyəndə bir daha yəqin etdim ki, bu kimi postuna layiq olmayan kabdrlardan bundan artıq hec nə gözləmək olmaz. Bir daha aydın oldu ki, Biləsuvar rayon Sosial Müdafiə Fondunda dərinləşməkdə olan, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, süründürməcilik ayaq tutub yeriyir.

Yuxarıda söylədiyim ciddi qanun pozuntuları barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Korrupsiyaya Qarşı Baş idarəsinin rəisi Kamran Əliyev cənablarına 20.06.2018 ci il tarixində şikayət ərizəsi göndərdim. Bu günə kimi şikayətim nəinki araşdırılmayıb, hec cavab da verilməyib.

Yenidən 31.07.2018 ci il tarixində Azərbaycan Respublikasının Baş Prakuroru Zakir Qaralov cənablarına şikayət ərizəsi ünvanladım. Ondan da hər hansı cavab ala bilməmişəm. Görünür, vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikası qanunun 7-10 maddəsi qəbul olunarkən ölü doğulub.

Cənab Prezident, Sizin Korrupsiyaya Qarşı mübarızə tədbirləri haqqında 2000-ci il 28 oktyabr tarıxli 135nömrəli fərmanızda deyilir:

“Korrupsiya ilə hüquq pozuntuları barədə verilən şəxsi materiallar maraqlı tərəfə və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə hüquqi pozuntularla bağlı araşdırılması həvalə edilə bilməz”.



Cənab Prezident!

Hörmətli Mətbuat nümayəndələri !

Olkəmizdə baş verən bu yolsuzluqları görən Biləsuvar rayon DSMF müdiri Fərasım Əliyev öz cirkin əməllərini ört- basdır etmək ücün, maddi imkanının zəngin olmasından, vəzifə səlahətindən və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki havadarlarının himayəsinə arxalanaraq, məhkəmələrin asılı olması anlamında, mənım ali orqanlara şikayətlərimi tilisimləmək ücün, şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərə görə pul tələbi barədə iddia qaldırıb. Beləcə şikayətciləri qorxutmaq yolu ilə ölkəmizdə korrupsiyanı çiçəkləndirmək ücün növbəti taktikaya əl atıb. Bir sözlə, hakimiyyətin bəzi rəhbərləri haqsızlığın,hüquqsuzluğun sadə insanların alcaldılmasını ört-basdır etməklə, olkəni tutduğu vəzifəni nadan və nadınc uşaq kimi idarə edirlər.

Bəli, bu gün bəziləri yaşamaq deyəndə göylərə, hasarlanmış dənızə, çöllərə, ağaclara, səhərin acılmasına tamaşa etməklə müxtəlif prizmalarda əhəmiyyət verir. Lakin insanı fərqləndirən, ona böyük ləzzət verən, cəmiyyətə və onun yetişdirdiyi gələcək nəsilə tamaşa etməkdir. Çünki heç bir təbiət hadisəsində bu qədər cazibə, qəribə və gülməli səhnələr olmur. Bir bayatıda deyildiyi kimi:

Dünya bir pəncərədir,

Hər gələn baxar gedər.

Əslində heç kim o pəncərədən baxıb getmir. Hamı əyilib yerdən nəsə axtarır. Bəziləri tapır, çoxu tapmır. Başını qaldırıb pəncərədən baxanda isə artıq buna imkanı olmur.

Əlizadə Nəhmədağaoğlu