Ana səhifə / Əsas Xəbər

Keçmiş qudasından Qüdrət Şükürov barədə ŞOK AÇIQLAMALAR: - "Belə bir korrupsioner insanın..."

451
Keçmiş qudasından Qüdrət Şükürov barədə ŞOK AÇIQLAMALAR: - "Belə bir korrupsioner insanın..."
Ötən gün vəzifəsindən azad edilən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun keçmiş qudası Rəfael Əsgərov GoldNews.az-a eks məmur barədə maraqlı açıqlamalar verib.

O, keçmiş qudasının korrupsiya əməlləri barədə baş prokurora məlumat verdiyini bildirib. Rəfael Əsgərov Qüdrət Şükürovun vəzifədən azad ediləməsinin haqlı qərar olduğunu qeyd edib:

"Mənim borcum idi ki, onun korrupsiya əməlləri haqqında Baş Prokurorluğa məlumat verim. Bir vətəndaş kimi borcumu yerinə yetirdim. Hüquq-mühafizə orqanları hadisəni araşdırır. Onlar mənim oğlumu şərləyiblər. İki dəfə vəhşicəsinə döyüblər. Onun ikinci kürəkəninin dəstəsi, özü də başda olmaqla mənim oğlumu dəfələrlə döyüb. Şikayət etsəm də, bu barədə heç bir ölçü götürülməyib. Qüdrət Şükürovun işdən azad olunması dövlətin qərarıdır. Bu, çoxdan olmalı idi. Bir az gecikmiş qərardır. Belə bir korrupsioner insanın elə bir vəzifədə olması düzgün deyil. O, öz işinin öhdəsindən gəlmirdi. Köhnə sovet binalarındakı liftlərin vəziyyəti göz qabağındadır. Cənab prezidentimiz liftlərin yenilənməsinə dəfələrlə pul ayırıb, ancaq görünür ki o, öz vəzifəsini layiqincə yerinə yetirə bilməyib".
Keçmiş qudasından Qüdrət Şükürov barədə ŞOK AÇIQLAMALAR: - "Belə bir korrupsioner insanın..."
Daha sonra Rafael Əsgərov Qüdrət Şükürovun ona nəvəsini göstərmədiyini də əlavə edib. O, bildirib ki, artıq iki ildən çoxdur ki, nəvəsini görmür:

"Nəvəmi görmək istəyirəm. Buna imkan vermirlər. Oğlum övladını iki il yarımdır görmür. Bir dəfə Nəsimi Rayon Polis İdarəsində Qüdrət Şükürova bildirdim ki, nəvəmi görmək istəyirəm. Mənə dedi ki, o, uşağı heç vaxt sizə göstərməyəcəm. Uşağı öyrədirlər ki, əsl atası ikinci kürəkəndir. Sosial şəbəkədə birlikdə fotolarını paylaşıb, mənim oğluma acıq verirlər".