Ana səhifə / Əsas Xəbər

Lerikdə Rövşən Bağırov və Cəlil Baxşıyev "sindromu" sona uğradılır

826
Lerikdə Rövşən Bağırov və Cəlil Baxşıyev "sindromu" sona uğradılır
Son günlərdə ölkə rəhbərinin ciddi kadr islahatları Lerikdən də yan keçmiyəcəyi məlumdur.

11 il rayona rəhbərlik edən Rövşən Bağırov bu günlərdə prezidentin sərncamını səbirsizliklə gözləyir. Artıq ev əşyalarının yarısını rayondan Bakıya daşıtdıran Rövşən Bağırov Xaləddin İsgəndərovu əvəz edəcək deyə yaxın dostlarına qonağlığlar verir...

Lerikin əsas “idarəedici sükanı” Cəlil Baxşiyev bir heftədir ki rayonda yoxdur. O, Rövən Bağırovun evinə yox, daha böyük rayona rəhbər gedəcəyini eşidər-eşitməz qorxuya düşüb. Belə ki, rayon icra hakimiyyəti başçısının birinci müavini olan C.Baxşiyev uzun illər rayona daxil olan dövlət vəsaitlərinin mənimsənilməsində şərikik edib.Bu illər ərzində şəxsi binesini gücləndirən, milyonluq istirahət mərkəzlərinə sahib olan C.Baxşiyev 11 ildə rayonda heç bir iş görülmədiyini, qarşılığında isə dövlətə külli miqdarda ziyan vurulduğunu yaxşı dərk etdiyindən R. Bağırovun bu məsuliyyətdən yaxa qurtardığını, rayona ondan sonra yeni rəhbər gəldiyində isə bütün çirkin işlərin məsuliyyətinin onun üzərinə atılacağını indidən hiss edib. İşini YAP xətti ilə yuxarılarda həll etmək üçün paytaxta üz tutub...

Lerik Rayon İcra Hakimiyyəti başçısı postuna kimin gələcəyi məlum olmasa da, birinci müavini postuna kimin gələcəyi də artıq məlumdur.Bu posta hakmiyyətə yaxın olan millət vəkili Hüseynbala Mirələmovun yaxın qohumu, Lerik Rayon Təsil Şöbəsinin keçmiş müdiri Balaşirin Nəsirov gəlir. O, indidən rayon icra hakimiyyəti aparatında yeni tərkibdə çalışacaq komandasını, həmçinin rayonda fəaliyyət göstərən idarə müəssisələrə yeni rəhbərlərinin təyinatını da müəyyənləşdirib. Rayona “dayısına” yaxın bir rəhbərin gələcəyinə əmin olan B.Nəsirov Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyevaya rayon icra hakimiyyəti başçısının müvini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon mədəniyyət şöbəsinin kemiş müdiri Aqil Sucayvə- rayon icra hakimiyyətində ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon icra hakmiyyətində ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramova - rayon icra hakimiyyətində vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri, rayon təhsil şöbəsində metod kabinetin müdiri Hicran Hüseyova-Rayon Təhsil Şöbəinin müdiri, Fizuli Zahidova- rayon maliyyə idarəsinin müdiri vəzifələrinə hazırlaşmaları barədə tapşırıq verib.Sadalınan adamlar artıq hazırlıqlara başlayıblar...

Ilham Ibadlı
müstəqil jurnalist, AJB-nin üzvü