Ana səhifə / Əsas Xəbər

Orduxan Teymurxanı müdafiə edən icra başçısı:Siz kimsiniz Orduxanı təhqir edirsiniz?

2029
Orduxan Teymurxanı müdafiə edən icra başçısı:Siz kimsiniz Orduxanı təhqir edirsiniz?
Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli Orduxan Teymurxana görə bizi düşmən gözündə görür:Kənd sakinlərindən şikayət.

LİDERİNFO.AZ-ın elektron ünvanına ilginc bir məlumat daxil olub.
Daxil olan məlumata görə Aqil Nəzərli Orduxanı müdafiyəyə qalxıb.həmin məktubu sizə olduğu kimi LİDERİNFO.AZ çatdırır.

Prezident seçkiləri ərəfəsində bir qrup təxribatçı Avropada çox iyrənc formada anti-Azərbaycan kampaniyası təşkil etmişdi Mənim və Müqabil Baxışovun təşəbbüsümüzlə Amerika Birləşmiş Ştatlarında və Rusiya Federasiyasında yaşayan həmyerlilərimiz vasitəsiylə ant-Azərbaycan təbliğatı aparan Orduxan Teymurxana və onun kimi ünsürlərə etiraz edərək vətənpərvərlik aksiyalarını təşkil etdik. Həmin aksiyalarda birmənalı olaraq Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu, Ümumimilli Liderimiz Heydər Əliyev siyasi kursunun mənəvi və siyasi varisi İlham Əliyev cənablarını dəstəklədiyimizi açıqcasına bəyan etmişdik. Bu aksiyaları təşkil etdiyimiz üçün özünü müxalifət adlandıran təxribatçılar sosial şəbəkələrdə ünvanımza ağlına-ağzına gələni danışdı. Hətta milli kimliyimizə həqarət olundu. Biz yaxşı başa düşürdük ki, Orduxan Teymurxan kimlərdənsə aldığı qrant hesabına anti-Azərbaycan kampaniyası aparır və ona laiqli cavabı verdiyiyimiz üçün hədəfə alınırıq. Amma iqtidarda təmsil olunub Orduxan Temurxanı dəstəkləyən məmurlar heç cürə başa düşülən deyil. Bizi çox ciddi narahat edən odur ki, YAP-ın şinelinə bürünüb bir saxta diplomla yüksək vəzifə, var-dövlət sahibi olmuş Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli Orduxan Teymurxana görə Bizi düşmən gözündə görür.

Biz Aqil Nəzərliyə müraciət edəndə o "siz kimsiniz ki, orduxan temurxanla sosial şəbəkələrdə şou yaradırsınız." deyir.
Əcəba Bizim anti Azərbaycan qüvvələrinə qarşı keçirdiyimiz aksiya nədən Aqil Nəzərlini bu qədər narahat edib onu bilə bilmirik. Mətbuat vastəsi ilə aidiyyatı orqanlardan və xüsusən Prezident Admistrasiyasından xahiş edirik Aqil Nəzərlinin Orduxan Temurxana görə bizi düşmən gözündə görməsinə aydınlıq gətirsinlər. Bununla bağlı yuxarı orqanlara ərizə ilə müraciət edib aydınlıq gətirilməsini xahiş etmişik.
LİDERİNFO.AZ AZ OLARAQ XATIRLADAQ Kİ,AQİL NƏZƏRLİ KÜRƏYİNİ SUMQAYITIN İCRA BAŞÇISI ZAKİR FƏRƏCOVA SÖYKƏYİB!