Ana səhifə / Əsas Xəbər

İmişli rayon icra başçısı da yola salınacaq- İDDİA

598
İmişli rayon icra başçısı da yola salınacaq- İDDİA
Vilyam Hacıyev də yaxın günlərdə yola salınmalıdır.


Vilyam Hacıyevdən İmişliyə miras qalan – problemlər... Əyalət məmurları Prezident iradəsinə qarşı çıxdılar. Faktlar Vilyam Hacıyevə təqdim edildi. Təəssüf ki, o bu dəfə də hadisələri görməməzlikdən gəldi.

İcra Hakimiyyətinin başçısı postunun 14-cü ilində olan Vilyam Hacıyev, 6-cı ildir ki, İmişlidə bu görəvini sürdürməkdədir. Xatırladaq ki, V.Hacıyevin İmişliyə rəhbərlik etdiyi dönəm həm də rayonda şəhərsalma və memarlıq tarixində analoqu olmayan, pərakəndə, lüzumsuz tikililərlə yadda qalacaq. Abidələrin məhv edilərək yerində ticarət obyektlərinin tikilməsi, yolun bir hissəsinin kəsilərək spirtli içkilərin satışını təşkil edən şəxslərə “peşkəş” edilməsi və s. məhz V.Hacıyevin rəhbərliyi dönəmində olub. Su kanallarının üzərinə belə kommersiya obyektləri tikmək üçün sərəncam verən V.Hacıyevin imzaladığı sənədin sonucu həmin ərazilərin təmizlənməsi müşkül olacaq zibilliyə çevrilməsi ilə nəticələnib. Ötən illər ərzində icra başçısı bu antisanitariyanın ətrafda yaşayan insanların həyatı üçün təhlükə olduğunu belə önəmsimədi. Vilyam Hacıyevin rəhbərlyi dönəmində İmşlidə məmur özbaşınalığı özünün pik həddinə çatdı. Sıradan bir məmur öz həmkarını döydü. Lakin hər bir olayda olduğu kimi Vilyam Hacıyev hadisələri sadəcə seyr etdi. Başqa bir məmur çarəsiz kəndlini təhdid etdi, cənab Hacıyev bu dəfə sadəcə şikayətçini dinlədi, və... Və yenə də dəyirman öz bildiyini edir. Əyalət məmurları Prezident iradəsinə qarşı çıxdılar. Faktlar Vilyam Hacıyevə təqdim edildi. Təəssüf ki, o bu dəfə də hadisələri görməməzlikdən gəldi.

Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilr ki, rayon icra hakimiyyətinin inzibati binası ilə üzbə - üz salınmış Heydər Əliyev parkı baxımsızlıqdan bərbad vəziyyətdədir. Mənbənin verdiyi məlumata görə yiyəsiz itlərin məskən saldığı parkdakı dekorativ gül kolları baxımsızlıqdan məhv olub. Üzlük daşların bir hissəsi isə qopub. Ölkə Prezidenti əyalətlərdə kənd təsərrüfatı sahəsində tarixi ənənələrin bərpa olunması ilə bağlı tapşırıq verdiyi halda, İmişlidə daha çox xırda ticrətin çiçəklənməsinə üstünlük verilib. Əgər belə olmasa idi rayonun mərkəzindəki Bayraq Meydanının əsas giriş qapısına gedən yolun bir hissəsinin kəsilərək pivəxanaya çevirlməsinə icazə verilməzdi. Amerika tarixçisi C.Adams yazırdı: “Görəsən alverin, dükanın fəlsəfəsi və yeganə əsas ideya - gəlir ideyası əsasında möhtəşəm sivilizasiya qurmaq mümkündürmü?”. Zaman gösərdi ki, bu mümkün deyil. Görkəmli ABŞ yazıçısı Henri Miller yazırdı: “Biz hinduların torpaqlarını əllərindən aldıq və bu xalqı məhv etmək üçün əlimizdən gələni etdik. Bununla belə heç bir dəfə də olsun, etdiklərimizin əvəzini ödəməyə cəhd göstərmədik.” Heydər Əliyev ideyasından, onun banisi olduğu siyasi hakimiyyətdən bəhrələnən, şəkilini başları üstündən asan bəziləri nə qədər qəribə də olsa adını daşıdığı parka biganə yanaşırlar. İmişlidəki Heydər Əliyev parkını müxtəlif şəxslərə hissə - hissə çayxana, kafe və s. kmi fəaliyyət göstərmək üçün “peşkəş” edən rayon rəhbərliyi bəyəm xidməti otağının parka açılan pəncərəsindən görmür ki, insanların istirahəti üçün salınan parkda çayxanaya gələnlərin maşınları şütüyür və ya park edilir. Budurmu sizlərin müqəddəs inancınız? Budurmu sədaqət göstəriciniz? Budurmu rəhbərə sevginiz?

Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
LİDERİNFO.AZ