Ana səhifə / Əsas Xəbər

Elxan Hüseynov "özbaşınalığından"prezidentə ŞİKAYƏT

692
Elxan Hüseynov "özbaşınalığından"prezidentə ŞİKAYƏT
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri Hörmətli İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Hörmətli Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş Naziri Cənab Novruz Məmmədova
Surəti: Azərbaycan Respublikasının Təhsil nazirinin müavini cənab Ceyhun Bayramova


Möhtərəm Cənab Prezident !

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun özbaşınalıqları ilə bağlı Sizə ünvanladığımız həmçinin, 15.04.2018-ci ildə yayımlanan müraciətimizdən sonra vəziyyət daha gərgin və acınacaqlı olub.

Sanki universitetin rektoru Elxan Hüseynov bütün tələbələrdən qisas almaq üçün “andiçmə mərasimi” edib.
Rektorun qanunsuz göstərişi əsasında müəyyən əməkdaşlar auditoriyalara daxil olaraq üzlərində azacıq tük olan tələbələri birbaşa auditoriyadan qovub jurnala da “iştirak etmir” (qayıb) yazdırırlar. Məhz bu səbəbdən onlarla tələbə yay semester imtahanına giriş üçün minimal balı da toplamaqdan qəsdən məhrum edilir.
Ölkənin heç bir ali təhsil ocağında Elxan Hüseynovun tətbiq etdiyi belə qadağa yoxdur. Bu cür qaydalar ya hərbi məktəblərdə ya da hərbi xidmətdə tətbiq edilir.

Yəqin Elxan Hüseynov özünü ya hərbi məktəbin rektoru ya da ordu komandiri
Kimi görür. Kimya müəllimimiz Kamal müəllimin qorxmadan açıq deyir ki, “mənim saçlarım bu universitetdə ağarıb amma belə bir tələblə indi qarşılaşıram, deyir ki, yəqin zamanın tələbi ilə bunlar mühəndis yox modelyer hazırlayırlar”
Elxan Hüseynov SDU-ya rektor təyin ediləndən burada özbaşınalığın həddi-hüdudu yoxdur. Bütün ali məktəblərdə tələbələrdə 1 dərs saatı qoşa 45 dəqiqələrə bölünür. İlk 45 dəqiqədə iştirak etməyən tələbə 2-ci 45-dəqiqədə iştirak etdikdə tələbəyə 1-ci 45 dəqiqə üçün qayıb yazılır. SDU-da isə yarım dərsə yazılan qəyıb hər ikisinə şamil edilir. Bu da növbəti qanun pozuntusudur.
SDU-da təhsilin səviyyəsi anlayışından belə söhbət gedə bilməz. Yüzlərlə tələbə aylıq imtahanlarda (kollokviumlarda) “0” (sıfır) bal toplayır. SDU-da onlarla yaşlı pensiyanerlər var. Onların arasında kar, kor və yaddaşını itirənlər var. Gənc kadrlar isə kənarda qalıb.
Semester imtahanları qəsdən test qaydasında aparılmır.

Tələbələrdən gündəlik üz qırxmağı tələb edən SDU-nun rektoru “hörmətli Elxan Hüseynov cənabları” SDU-da minlərlə tələbə qarşısında açıq-saçıq gəzən qadın əməkdaşları görmürmü ?! Biz SDU rektorunun bütun özbaşınalıqlarına son qoyulmasını Cənab Prezidentdən xahiş edirik.
Tələbələrə qarşı xüsusi amansız mövqedə durub zalımlıqlıqlar və qəddarlıqlar edən
SDU-nun rektoru Elxan Hüseynovun bu özbaşınalıqları bitməzsə biz etiraz əlaməti olaraq 30.04.2018-ci il tarixindən dərslərdə iştirak etməyəcəyik.


Xahiş edirik Sumqayıt Dövlət Universitetinin rektorunun özbaşınalıqları barəsində barədə tədbir görəsiniz.

Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Sumqayıt Dövlət Universitetinin
Çoxsaylı tələbələri adından K.İbadov
LİDERİNFO.AZ