Ana səhifə / Əsas Xəbər

Mərkəzi Neftçilər Xəstəxanasının direktorundan - Şikayət- VİDEO

1104
Mərkəzi Neftçilər Xəstəxanasının direktorundan - Şikayət- VİDEO
LİDERİNFO.AZsaytına Mərkəzi Neftçilər Xəstəxanasını direktor Leyla Seyidbəyova ilə bağlı ilginc iddialar daxil olub.Həmin məktubu sizlərə olduğu kimi təqdim edirik.

Hörmətli LİDERİNFO.AZ: Mərkəzi Neftçilər Xəstəxanasını direktor Leyla Seyidbəyova dağıdır. Xəstəxanada xəstə əlindən tərpənmək olmadığı halda (bizim xəstəxana təssərüfat hesablıdır) camaatın maaşını kəsir, edib 116 manat. Xəstəxananın 2 000 000 manat borcu var, pension fonduna, dərman (Avromed) və tibbi avadanlıqlara görə (Besan). Həkimlərin və tibb bacıları məcburi sürətdə öz hesabına göndərilir məzüniyyətə, məzüniyyət pulu verilmir, qəbul etdiyimiz xəstələrin və onlara göstərdiyimiz xidmətə görə maaşa əlavə heçnə olunmur. Aptekda öz adamını otuzdurub, dərmanları nəqd pula alırlar, baha= baha, xəstəxanada dərman çatışmamazlığı yaranır. Xəstə baxışından və müayinələrdən (Uzi, MRT, KT və s) pullar gedir direktorun cibinə. Bir sözlə rəzalət baş verir. Müraciyət etdik nazirliyi, gəldi nümayendələri və direktora dəstək verdilər, biz onsuzda onlardan ayrı söz gözdəmirdik, bu xəstəxanaya İsmayıl Mirzəliyev kimi baş həkim təyin olunursa bu nazirdən nə gözləmək olar? Xahiş edirik işığlandırın!

Hörmətlə-kolletivin vicdanlı personalı