Ana səhifə / Əsas Xəbər

Akif Covdarovun Bacısı oğluna Qorxmaz Hüseynovun qardaşı Azərsuda yüksək vəzifə verilb- ƏKBƏR KİMDİR?

683
Akif Covdarovun Bacısı oğluna Qorxmaz Hüseynovun qardaşı Azərsuda yüksək vəzifə verilb- ƏKBƏR KİMDİR?
ARDNŞ-də vəzifəyə gəldiyi gündən qardaşı Qorxmaz Hüseynovun havadarlığı ilə Dövlət büdcəsindən milyonları talan edən Faiq Hüseynov bu günə kimi nəinki Azərbaycanda hətta Azərbaycandan kənarda da dəyəri milyonlarla ölçülən mülklərə sahib olmuşdur.

İşlədiyi gündən qanun tanımayan Faiq Hüseynov Akif Covdarovun yaxın qohumu (keçmiş MTN-də vəzifə tutan şəxslə) əl-ələ verib dövlət büdcəsindən milyonları talan etmişdir. Sonradan isə həmin şəxslə Azərsu ASC-də yüksək vəzifə verdirmişdir. Bu günə kimi saxta diplomla ARDNŞ-də rəhbər vəzifəsində çalışan Faiq Hüseynov milyonluq mülklərinin sırasına birini də artırmışdır.

Akif Covdarovun Bacısı oğluna Qorxmaz Hüseynovun qardaşı Azərsuda yüksək vəzifə verilb- ƏKBƏR KİMDİR?
Keçmiş iş yerində yəni Gci-də tenderlərin əksəriyyətini həvalə etdiyi qardaşı Qorxmaz Hüseynovun yaxın dostu Əkbər adlı iş adamının vasitəsilə Suraxanı rayonu Günəşli qəsəbəsində Dövlət Neft şirkətinin ərazisində 4-5 milyon dəyərində Atilla hamam Fitnesi inşa etmişdir. Bundan əlavə paytaxtın bir çox yerlərində Faiq Hüseynovun mülkləri Əkbər adlı iş adamının adına sənədləşdirmişdir. Yaxın qohumu olan icra başçısı ilə tez-tez kef məclisləri təşkil etməyi sevən Faiq Hüseynov hər iki idarəni şəxsi mülki kimi istifadə etməkdə davam edir. Həmçinin hər iki idarənin işçilərini istədiyi vəzifələrə təyin etdirir. Buna misal olaraq təchizat şöbəsinin mühəndisi Mehrəliyeva Samirəni 5 ildən çox özünə katibə kimi işlətmişdir.
Növbəti öz başnalıqlarını yaxın zamanda sizə təqdim edəcəyəm...
Ardı var...
LİDERİNFO.AZ