Ana səhifə / Əsas Xəbər

Laçın rayon sakinindən prezidentə təkrar şikayət- ƏRİZƏ

1167
Laçın rayon sakinindən prezidentə təkrar şikayət- ƏRİZƏ
LİDERİNFO.AZ -a müraciət edən Laçın rayon sakini Baxışov Baxış cənab prezidentdən ərizə yazaraq yardım istəyib.
Həmin ərizəni olduğu kimi sizə təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev cənablarına
Laçın rayon şeylanlı kənd sakini Baxışov Baxış Aslan oğlu tərəfindən

Ə R İ Z Ə

Çənab prezident oğlum Müqabil Baxışov Laçın RİHB-sı A. NƏZƏRLİNİN diplomunun saxta olması və h/xidmətdə olmaması barədə, baş prokrorluğa müraciət etdiyi üçün A. Nəzərlinin sifarişi ilə şərlənərək həbs olundu. Oğlumun şərlənməsini təşkil edən şəxslər A. Nəzərli tərəfindən xüsusi olaraq yüksək vəzifələrlə mükafatlandırılır.

Cənab prezident oğlumun şərlənməsində fəal iştirakına görə keçmiş polis rəisi M. Kərimov yaxın günlərdə Rİ aparatında birinci müavin vəzifəsinə təyin olunacaqdır.

Digər fəal isə A. Nəzərlinin qardaşı, camaat arasında başçının pul yığanı, qara bazarın müdiri kimi tanınmış Müqabil Nəzərlidir. M. Nəzərli oğlumun həbsi üçün xeyli miqdarda pullar xərcləyb. O bir neçə imkansız şəxsə oğlumun üzünə dirənməsi üçün külli miqdarda pul təklif edib. Göstərdiyim faktlar araşdırılacağı təqdirdə həmin şəxsləri təqdim edəcəyəm. Oğlumun şərlənməsi üçun xərclədiyi pulların əvəzi olaraq, Nəzərli Müqabil isə yaxın vaxtlarda 121 saylı Laçın dairə secki məntəqəsinin sədri vəzifəsinə təyin olunacaqdır.
Xüsusiylə qeyd etmək istəyirəmki M. Nəzərli h/xidmətdə olmayıb. H/xidmətə yararsız olmasına səbəb isə, onun nitq qüsuru və eşitmə qabiliyyətinin olmamasıdır.

Cənab prezident, camaat arasında başçının pul yığanı, qara bazarın müdiri kimi tanınan, öz adını soyadını düzgün ifadə etməyi belə bacarmayan və ən başlıcası, hərbi xidmətdə olmayan bu şəxsin yüksək vəzifəyə təyin olunması, mənim fikrimcə
gənc nəsildə olan hərbi vətənpərvərlik ruhuna qarşi xəyanətdən başqa bir şəy deyil.

Odurki oğlumun şərlənməsi üçün pul təklif olunan şəxslərin baş prakrorluqda dindirilməsinə və həmin şəxslərin təhlukəsizliyinin təmin olunmasında bizə köməkdarlıq etməyinizi sizdən xahiş edirəm