Ana səhifə / Əsas Xəbər

General Elçin Quliyevin adamları vətəndaşı ölümlə təhdid edib, girov götürdülər

1280
General Elçin Quliyevin adamları vətəndaşı ölümlə təhdid edib, girov götürdülər
Cənab Prezident, məni girov götürənlər Elçin Quliyevin adamları olduqlarını dilə gətirdilər

Suraxanı rayon, Hövsan qəsəbəsinin sakini Nuriyev Hüseyn Rəsul oğlu Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin adamları tərəfindən girov götürülərək, işgəncələrə məruz qalması ilə bağlı Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Həmin məktubun bir nüsxəsini LİDERİNFO.AZ xəbər portalının redaksiyasına göndərib. Məktubu olduğu kimi dərc edirik:

Hörmətli cənab Prezident! Bu ərizəmlə Sizə yazıb məlum edirəm ki, mənim əvvəllər tanıdığım Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Binə Atçılıq Mərkəzində işləyən Hikmət Musayev (tel: 055-866-09-24) və Rəşad Səmədov (tel: 070-274-50-51) adlı şəxslərdən 3500 ( üç min beş yüz ) manat məbləğində faizlə bir həftəlik borc pul almışdım.

Sonradan mən söz verdiyim kimi bir həftə müddətinə 3500 manat pulu faizlə, birlikdə qaytara bilmədim. 3 aya qədər olan müddətdə həmin borc aldığım pulu faizi ilə birlikdə qaytardım. 2015-ci ildən bu günə kimi həmin yuxarıda adını qeyd etdiyim şəxslər məndən hədə-qorxu gəlməklə "Vinçester" silahı və bıçaq çıxarmaqla, məni hər dəfə qorxutmaqla, məni və idarə etdiyim "BMW" markalı avtomobilimi girov götürərək, aparıb Binə Atçılıq Mərkəzinə aparmışlar. Orada məni atların tövləsində saxlamaqla General-polkovnik Elçin Quliyevin adından istifadə edərək, mənə sən hara şikayət etsəndə bizə heç kim, heçnə edə bilməz deməklə hədə-qorxu gələrək, ümumilikdə 23000 ( iyirmi üç min ) manat pulumu almışdırlar. Mənim idarə etdiyim maşın, Elçin Quliyevin adamları tərəfindən qanunsuz olaraq, girovda saxlanılmışdır. Həmin müddətdə Binə Atçılıq Mərkəzində girovda olduğu üçün VİP lizinq şirkətinin işçiləri maşın kreditdə olduğu üçün mənim maşınımı Binə Atçılıq Mərkəzindən "reket"lərin əlindən çox çətinliklə ala bilmişlər. Xüsusilə qeyd edim ki, VİP lizinq şirkətinin əməkdaşları baş verən olaya şahiddirlər. Yuxarıda adlarını çəkdiyim şəxslər bu günə qədər məndən yenə də hədə-qorxu ilə pul tələb etməkdə davam edirlər. Hədə-qorxu olunmağım barəsində hüquq-mühafizə orqanlarına məktub ünvanlamışam. Lakin hələ heç bir müsbət nəticə ala bilməmişəm.

Cənab Prezident! LİDERİNFO.AZ vasitəsi ilə sizdən xahiş edirəm mənim həyat təhlükəsizliyimi təminat altına alasınız və general Elçin Quliyevin adından istifadə edən şəxslər barəsində ciddi şəkildə ölçü götürülməsi üçün xüsusi tapşırıq verəsiniz. İnanıram ki, Sizin diqqətiniz sayəsində mənim həyat təhlükəsizliyim qorunacaq və müraciətim müsbət nəticə verəcək. Burada yazdıqlarım həmin şəxslər tərəfindən başıma açılan oyunların bir qismidir. Sizə yalvarıram mənə kömək edin və məni qoruyun.

Hörmətlə: Nuriyev Hüseyn Rəsul oğlu
055-211-79-21