Ana səhifə / Əsas Xəbər
AQİL NƏZƏRLİ VƏ ZAKİR FƏRƏCOV RAYON CAMAATINI AKSİYAYA SÜRÜKLƏYİR- PREZİDENTƏ ŞİKAYƏT
2981

Aqil Nəzərli rayonu şəxsi evinə çevirib,istədiyi kimi qərarlar çıxarır
LİDERİNFO.AZ- a müraciət edən Laçın rayon sakinləri rayonun icra başçısının qeyri qanuni əməlləri və hegomonluqları barədə prezidentə
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
LAÇIN RAYON SAKİNLƏRİ
1. Baxışov Baxış Aslan oğlu
2. Nəcəfov Kamil Sevindik oğlu
3. Baxışov İntiqam Baxış oğlu
4. Həsənov Nurəddin Şirin oğlu
5. Yunusova Billurə Adıgözəl qızı
6. Baxışov Nazir Baxış oğlu
7. Təhməzova Gülmirə Murad qızı
8. Baxışov Ünsiyyət Baxış oğlu
9. Həsənova Nuranə Nurəddin qızı
10. Baxışov Vəkil Baxış oğlu
11. Mayılov Lətif Şəmil oğlu
12. Mayılova Aybəniz Azad qızı
13. Baxışov Bəhruz Baxış oğlu
14. Mayılova Vüsalə Lətif qızı
15. Baxışova Şəkurə Yaqub qızı
16. Baxışova Pəri Şahmurad qızı
17. Baxışova Rəmziyyə Baxış qızı
18. Baxışova Rəna Baxış qızı
19. Nəcəfov Əlvan Kamil oğlu
20. Baxışlı Pəri Muqabil qızı
tərəfindən
Ə R İ Z Ə
Yazıb sizə bildiririk ki, biz milliyətcə kürdük. Azərbaycan Respublikasının qanunlarına və ulu öndərimiz mərhum H.Əliyevə, o cümlədən Cənab Prezidentimiz İ.Əliyevə sadiqik. Hər birimiz YAP-nın üzvü olmaqla yanaşı, həmişə cənab Prezidentə dəstək, onun daxili və xarici siyasətini alqışlayırıq. Çox təəssüf hissiylə qeyd etmək istəyirik ki, son vaxtlar Laçın rayon İ.H.B-sı Aqil Nəzərli kürd millətindən olan ziyalılarımızı hansı yolla olursa olsun şərlədib ləkə vurmaqla həbsxanalara göndərir. Sanki yüksək vəzifəli şəxslərdən kiminsə göstərişi əsasında A.Nəzərli bizləri departasiya edib sürgün etmək istəyir. Rayonun Şeylanlı kənd sakini, ali təhsilli tarix müəllimi 25 il pedoqoji fəaliyyəti olan məktəb direktoru müəllim, rayon təhsil şöbəsində metodist, məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmış Baxışov Müqabil Baxış oğlu rayonda bir qrup rəhbər şəxslərin cinayətkar əməllərini aidiyyatı orqanlara çatdırdığı və rayonda üstü açılmayan ölüm hadisələrinin nə səbəbdən adına intihar edib deyə ört-basdır olmasını, Rusiya Federasiyasında yaşayan şəxsin Azərbaycanda necə müəllim işlədiyini tələb etdiyi üçün Laçın rayon İ.H.B-sı A.Nəzərli, Sumqayıt şəhər İ.H.B-sı Z.Fərəcovun sifarişi ilə Laçın rayon Məhkəməsi, rayon Polis Şöbəsinin rəisi və Laçın rayon Prokuroru tərəfindən şərlənərək 4 il müddətində azadlıqdan məhrum edildi. Eyni zamanda rayonun Qarakeçdi kənd sakini, milliyətcə kürd Şirinov İnkiram Sərdar oğlu da həmin qayda ilə həbs olunub. 33 il pedoqoji fəaliyyəti olan ali təhsilli müəllim.
A.Nəzərli və Z.Fərəcov Müqabil Baxışovun həbsinə nail olduqları kimi, onun həbsxana divarları arasında ölüdürlməyinə də nail olacaqlarına inanaraq, Sizdən artıq dərəcədə xahiş edirik! M.Baxışovun apellyasiya məhkəməsinin ədalətli keçirilməsini şəxsi nəzarətinizə götürəsiniz və ya bu barədə göstəriş verəsiniz. Əks halda hər birimizin həyatı təhlükə altındadır. Hər birimizi müəmmalı şəkildə qətlə yetirilmiş rayon sakinləri Qasımov Tariyel Oktay oğlu, Qələndərov Atəş Vahid oğlu, Vağazın kənd sakini Şakir adlı şəxsin, Laçın rayon Keçmiş Mədəniyyət müdürü Çingiz müəllimin və s. aqibəti bizləri gözləyir.
P.S.GƏLƏN SAYIMIZDA RAYONDA BAŞ VERƏN ÖZBAŞINALIQLARDAN,
AQİL NƏZƏRLİNİN HANSI MÜAVİNDƏN NƏ QƏDƏR PUL ALIB HANSI VƏZZİFƏYƏ QOYDUĞUNDAN,
MƏKTƏB DİREKTORLARINDAN ALINAN PULLARDAN,
BAŞ HƏKİMLƏ OLAN İŞ BİRLİYİNDƏN,
ZAKİR FƏRƏCOVUN HANSI ƏMRLƏRİNİ YERİNƏ YETİRDİYİ BARƏSİNDƏ LİDERİNFO.AZ SAYTINDAN OXUYA BİLƏCƏKSİNİZ!
Oxşar xəbərlər:

"Laçın prokurorluğu Təhsil şöbəsi ilə əlbirdir"-Zakir Qaralova ŞİKAYƏT
Ana səhifə / Əsas Xəbər
Laçın rayon sakini Başçı ilə Təhsil şöbəsinin müdirindən şikayət etdi- Müaricət
Ana səhifə / Əsas Xəbər
ŞOK!!!Laçın rayon sakini üsyan etdi!-Təhsil şöbəsinin müdiri ilə Direktorun korrupsiya əməlləri
Ana səhifə / Redaksiya seçimi / Əsas Xəbər
Cənab Prezident və ölkənin birinci xanımı Mehriban xanım! Mənim fəryadıma nə zaman hay verəcəksiniz?-Laçın rayon sakinindən Şikayət
Ana səhifə / Əsas Xəbər
İki Laçın sakini səfirliklərdən sığınacaq istəyir - Gərginlik
Ana səhifə