Ana səhifə / Araşdırma

Qəbələ təhsilində Hərbi rəhbər kimlərdi? – ŞİKAYƏT

1262
Qəbələ təhsilində Hərbi rəhbər kimlərdi? – ŞİKAYƏT
Qəbələ rayonu, Kötüklü kəndində yaşayan Qarabağ müharibəsi veteranı Rüstəmov Azər Sədiyar oğlu Liderinfo.az-a müraciət edib.

Onun sözlərinə görə, 05.05.2015-ci il tarixdən etibarən dəfələrlə müraciətinə baxılmayaraq, qalmaqdadır: “Mən peşəkar zabit olmağıma baxmayaraq məni Qəbələ rayonunda tam orta məktəblərdən birinə Hərbi rəhbər təyin etmirlər. Lakin qeyri-peşəkar müəllimlər həmin vəzifələrdə çalışır.

Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq əmri ilə hərbi rəhbərlər peşəkar zabitlər olmalıdır. Bu vəzifədə digər müəllimlər ola bilməz və imtahansız bu vəzifələrə təyin edilməlidir.

Lakin Qəbələ rayonunda buna məhəl qoyan yoxdur. Hər dəfə müraciət edəndə yer olmadığı bildirilir. Belə çıxır ki, bütün məktəblərdə hərbi rəhbər var. Bunların da həqiqətə uyğun olmasını, nazirlik tərəfindən yoxlanılmasını istərdim”.
Şikayətçi yazır: “21 il həqiqi hərbi xidmətdə olmuşam. Qarabağ Müharibə Veteranıyam. Müdafiə Nazirliyinin bir çox hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət etmişəm.

Ehtiyatda olan hərbi qulluqçuyam. Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında 29 may 1998-ci il 119 № li Qərarın 5-ci bəndini rəhbər tutaraq (Hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi) məni Təhsil Nazirliyinin Qəbələ rayonunda və ya Qəbələ rayonu Kötüklü kəndində vakant yerlərdən birinə hərbi rəhbər kimi müvafiq işlə təmin edəsiniz və qeyri peşakar hərbi rəhbərlərin bu vəzifədən uzaqlaşdırılmasına göstəriş verəsiniz”.