Ana səhifə / Əsas Xəbər

BAKIXANOV TİCARƏT MƏRKƏZİNDƏ ƏSGƏRLƏRƏ YARDIM ADI İLƏ PUL YIĞILIR - ŞİKAYƏT

934
BAKIXANOV TİCARƏT MƏRKƏZİNDƏ ƏSGƏRLƏRƏ YARDIM ADI İLƏ PUL YIĞILIR - ŞİKAYƏT
HACI FƏRHAD VƏ ONUN ƏHATƏSİNİN HEGOMONLUĞU

Bu barədə Bakıxanov ticarət mərkəzinin icarəçiləri LİDERİNFO.AZ-a şikayət məktubu yazıblar.
Məktubda deyilir ki adı çəkilən ticarət mərkəzinin rəhbəri Hacı Fərhad icarəçilərdən bu gün 17.10.2016 ci il tarixində bazarın pul yığanı Tofiq adlı şəxsi bazara göndərərək onlardan əsgərlərə yardım adı ilə pul istəyib.

Hətta belə bir "tas" da qoyublar ki, Ticarət mərkəzinin daxilində yerləşən dükanlar 6 azn, "polkalarda" satış edən satıcılar isə 1 azn-dən pul yığıb verməlidirlər.
Buna məcbur edilən ticarətçilər icarə pullarının baha olması bir yana hər dəfə də bir bəhanə ilə gah əsgərlərə yardım,gah "Heydər Əliyev Fondu" adı ilə gah da digər bəhanələrlə bizlərdən pul yığırlar.

Biz LİDERİNFO.AZ saytı vasitəsi ilə aidiyyəti qurumlardan xahiş edirik ki, bizi bu özbaşınalıqdan qurtarsınlar.