Ana səhifə / Əsas Xəbər

ZAKİR HÜSEYNOVUN GƏNCƏ ŞƏHƏR TƏHSİL ŞÖBƏSİNDƏ SAXTAKARLIQLARI DAVAM EDİR

2043
ZAKİR HÜSEYNOVUN GƏNCƏ ŞƏHƏR TƏHSİL ŞÖBƏSİNDƏ SAXTAKARLIQLARI DAVAM EDİR
Təhsil müəssisələrində 5 oktyabr Müəllimlər Günü münasibətilə pul yığımına başlanılıb...

Redaksiyamıza daxil olan məlumatlarda son günlər ölkənin müxtəlif bölgələrində təhsil müəssisələrində müəllimlər günü münasibətilə pul yığımına başlanıldığı qeyd olunur. Şikayətlərin çoxusu isə Gəncə Şəhər Təhsil idarəsinin müdürü Zakir Hüseynovla bağlıdır. Belə ki, direktorlar müəllimlərdən,müəllimlər də valideynlərdən yığdıqları pulların başında Zakir Hüseynovun olduğunu bildirirlər.

Ümumiyyətlə son vaxtlar bir neçə dəfə Gəncə Şəhər Təhsil idarəsinin müdürü Zakir Hüseynovla bağlı saxta diplom, attestat, məktəb direktorlarından aylıq pul tələb etmək,qanunsuz işə düzəltmək kimi problemlər müxtəlif saytlarda dərc olunsa da Zakir Hüseynov öz işlərinə davam etməkdədir. "Dəfələrlə Təhsil nazirliyindən yoxlama gəlsə də nəticə etibarilə Zakir Hüseynov hələ də öz çirkin cinayətlərinə davam etməkdədir"- deyə anonim adla Gəncə şəhər orta məktəblərindən birində direktor vəzifəsində çalışdığını bildirən şəxs qeyd edib.

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.