Ana səhifə / Əsas Xəbər

İmişlinin icra başçısı yol verdiyi nöqsanlara görə dəyişdirilir

985
İmişlinin icra başçısı yol verdiyi nöqsanlara görə dəyişdirilir
Daha bir icra başçısı yaxın vaxtlarda görəvindən azad olunacaq.

Bu barədə dia.az-a hökumətdəki mənbələr informasiya verib.

Xəbəri verən qaynağın bilgilərinə görə, bu dəfə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam HAcıyevin vəzifəsindən azad edilməsi gözlənilir.

Mənbənin söylədikləri: "Vilyam Hacıyev işindəki yarıtmaz fəaliyyətinə görə vəzifəsindən azad olunur.

Ona görə də bu dəyişiklik referendumdan əvvəl də gerçəkləşə bilər".

Mənbə iddia edir ki, eyni zamanda 10-dan artıq başçı da postu ilə vidalaşacaq.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...