Ana səhifə / Əsas Xəbər

İcra başçısından Kərəm Həsənova "iki qat zərbə"

975
İcra başçısından Kərəm Həsənova "iki qat zərbə"
Ölkə mətbuatında ən çox tənqid olunan məmur məhz Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Etiraf edək ki, tənqid özü bir nəticədir. Lakin tənqidlərin hansı cəbhədən sifariş olduğu və bu tənqidlərin arxasında kimlərin durduğu olduqca maraqlıdır.

Dosye.org-ın araşdırmalarından da aydın görünür ki, qara piar birbaşa Kərəm Həsənovu hədəf seçib. Əslində, internet saytlarını bu yola vadar edən elə K. Həsənovun ən yaxın və eyni zamanda etibar etdiyi şəxsdir. Bu barədə dosye.org-da kifayət qədər məlumatlar dərc edilib. Xatırladaq ki, bir müddət əvvəl komitə sədri ilə Asif Əzizov arasında baş verən xoşagəlməz hadisə hətda ölkədə böyük ajiotaj yaratdı. Amma bütün bu olaylar Cəlilabad RİH-nin başçısı Əziz Əzizov ətrafında yaranmalı idi. Görünür, Ə. Əzizov özünü müdafiə etmək məqsədi ilə birinci müavini “qurban” verdi.

Lakin Əziz Əzizovun biznesi, Cəlilabadda və Bakıda qurduğu kef məclisləri haqqında Bakıya məlumatlar ötürən birinci müavin özünə dayaq axtararaq, rayona icra başçısı gəlməyə çalışırmış. Hətta müavin Cəlilabaddakı idarə və müəssisə rəhbərləri ilə görüşərək onların dəstəyini almağa çalışıbmış. Amma onun işdən çıxarılmasının səbəbi başqadır. Beləliklə, Asif Əzizov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən təhqir olunaraq vəzifəsindən uzaqlaşdırıldı.
İcra başçısından Kərəm Həsənova "iki qat zərbə"


İcra başçısının sabiq müavinin bu işi belə qoymayacağını deyib. Bu isə qarşı tərəfdə təlaşla qarşılanıb. Şübhə yoxdur ki, A.Əzizovda həm icra başçısı, həm K.Həsənov, həm də onun deputat qardaşı M.Həsənov haqda kifayət qədər kompromat materiallar var. Heç kimə sirr deyil ki, K.Həsənov icra başçısı ilə biznes şərikidir. Onlar Bakıda müxtəlif obyektlər, göydələnlər, ticarət mərkəzlərinə şəriklik edirlər.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Cəlilabad RİH-nin başçısı Əziz Əzizov yenidən əl-ayağa düşüb. Belə ki, özünü qorumaq məqsədi ilə Asif Əzizova minnətçi düşüb. Hətda onların görüşüb bu barədə müzakirə apardığı da bildirilir. Etibarlı mənbənin məlumatlarına inansaq, Ə. Əzizov artıq sabiq birinci müavinə vəzifə verəcəyini söz verib.

Maraqlısı isə odur ki, Kərəm Həsənov ona qarşı olan kompaniyadan məlumatsızdır. Digər bir fakt ondan ibarətdir ki, Əziz Əzizovun maliyyələşdirdiyi saytlar Kərəm Həsənovun əlehinə məlumatlar yayımlayır. Əgər Cəlilabad RİH-nin başçısı Əziz Əzizov yazdıqlarımızı yenidən şər və böhtan adlandıracaqsa əldə etdiyimiz faktları lazımı qurumlara təqdim etməyə hazırıq. Araşdırmalarımız davam edir...

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org