Ana səhifə / Əsas Xəbər

 İcra başçısından Kərəm Həsenova "iki qat zərbə"

823
 İcra başçısından Kərəm Həsenova "iki qat zərbə"
Eziz Ezizovu bu yola vadar eden nedir?

Bir müddət öncə Cəlilabad rayonunda baş vermiş hadisələrlə bağlı məlumat vermişdik. Məlumatın mediada və cəmiyyətdə böyük rezonansa səbəb olmasından sonra Prezident Administrasiyasının müvafiq strektrunun rəhbərliyi tərəfindən ciddi şəkildə töhmətləndirilən Cəlilabad RİH-in başçısı Əziz Əzizov heyifini rayonda idarə rəislərindən çıxmağa başlayıb. Dosye.org-a məlumat verən mənbə iddia edir ki, rayonda qanunsuzluqlar, rüşvətxorluq və digər neqativ halların geniş füsət aldığı bir anda icra başçısının atdığı addım hec də başa düşülən deyil. Əlbəttdə ki, icra başçısı rayonda baş verən bütün neqativ hallara məsuliyyət daşıyır. Əslində Cəlilabad RiH-in başçısı Əziz Əzizovun hansı sahədən möhtəbər bir vəzifəyə "transfer" olduqu çox maraqlıdır.

Məlumat üçün bir daha bildirək ki, Əziz Əzizov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dəstəyi ilə rayon rəhbərliyinə gətirildi. Çox keçmədən rayonda sakinlərin torpaqları zəbt olundu, neçə-neçə insan həbslə hədələndi idarə və müəssisə rəhbərləri daim təziq altında saxlanıldı. Ölkə başçısı İlham Əliyev Cəlilabad rayon icra başçısı Əziz Əzizova tövsiyələr vermiş və onu sakinlərə xidmət etməyi göstəriş vermişdir. Lakin, təəssüflər olsun ki, Əziz Əzizov özünün şəxsi biznesini genişləndirməklə, rayon sakinlərini təziq altında saxlamaqla bir daha sübut etdi ki, başçı vəzifəsini icra edə bilməz. Digər bir məlumatda bildirilir ki, Ə.Əziziovdan Kərəm Həsənova media vasitəsi ilə “zərbələr” endirilib. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Ə.Əzizovun maliyyələşdirdiyi internet saytları gah Kərəm Həsənovu vətənə xəyanətdə, gah MTN-nin şefi Eldar Mhamudovla iş birliyində ittiham etdilər. Görünür, məqsəd Ə.Əzizovu tərif etmək Kərəm Həsənovun isə əlehinə həqiqətə uyğun olmayan məlumatlar dərc etməkdir

Dosye.org bir daha bəyan edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri K.Həsəsnov dövlətə və dövlətçiliyə xidmət edən məmurlardandır.

Komtə sədrini nə dövlətə xəyanət, nə də Eldar Mahmudovla iş birliyində ittiham etmək yol verilməzdir. İnanırıq ki, yuxarıda göstərdiyimiz bəzi məqamlar adı hallanan şəxslər tərəfindən araşdırılacaq. Və bundan sonra “arxadan vurulan zərbə” prinsipi iflasa uğrayacaq.

Növbəti yazılarımızda Ə.Əzizovun daha bir şok doğuracaq məlumatı ilə tanış olacaqsınız.