Ana səhifə / Əsas Xəbər

SURAXANI RAYON MƏHKƏMSİNİN İCRA KAPİTANI ANAR QURBANOV ÖLKƏ PREZİDENTİNİ VƏ XANIMININ ƏMRLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK EDİR-OTAQDA ADAM DÖYÜR- ŞİKAYƏT-FAKT

1864
SURAXANI RAYON MƏHKƏMSİNİN İCRA KAPİTANI ANAR QURBANOV ÖLKƏ PREZİDENTİNİ VƏ XANIMININ ƏMRLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK EDİR-OTAQDA ADAM DÖYÜR- ŞİKAYƏT-FAKT
Anar Qurbanov: Əynində 5 manatlıq köynək geyinmisən sən nə qələt edə bilərsən mənə?

Son zamanlar məmur harınlığı,məmur özbaşınalığı ölkəmizdə xoşagəlməz hadisələrə gətirib çıxarır.

Bu kimi hadisələrdən biri də Suraxanı rayon məhkəməsinin ədliyyə icra kapitanı Anar Qurbanov adlı şəxsin Yeni Günəşli qəsəbəsi S.Cəfərovda yaşayan Süleymanov Elvin Taryel oğluna qarşı haqqsızlıq və özbaşınalığını sizlərə təqdim edirik.


Mən Süleymanov Elvin Taryel oğlu yazaraq bildirmək istəyirəm ki,28.06.2016- ci il tarixdə Suraxanı rayonu məhkəməsinə bank borcumla əlaqədar olaraq cağrılmışam. İcra şöbəsinə ədliyyə icra kapitanı Anar Qurbanovun yanına daxil oldum. O mənimlə otağa girən andan kobud şəkildə rəftar etməyə başladı. Mənə 10 gün ərzində tam borcumu ödəməyi əmr etdi. Ona bildirəndə ki, mənim buna maddi imkanım yoxdu məni kriminal aləmdəki tanışlarıyla hədələdi. Mən ona bildirəndə ki,siz dövlət məmurusuz kriminal avtoritet yox ,Anar Qurbanov ayağa duraraq mənə sillə və yumruq zərbələri vurmağa başladı. Mən ona bildirəndə ki,mən Azərbaycan vətəndaşıyam o nalayiq söyüşlərlə sənin Azərbaycanıva da sənin …(nalayiq söyüşlər)hara vətəndaşı olursan ol mənə dəxli yoxdur pulu sənə nə yolnan olursa olsun ödətdirəcəm dedi.

Mənim valideyinlərimin hər ikisi vəfat edib və mən ona bu haqda bildirdim. Bildirdim ki,xanım Mehriban Əliyeva yetim uşaqlara qayğısı və diqqəti böyükdür. Mən burdan çıxiı xanım Mehriban Əliyevaya yazacam dedim cavabı isə bu oldu .Hər kimə desəndə sonda gəlib mənə heç kim heç nə deməyəcək çünki mənim adamım var deyərək o mənim hər bir sözümü qulaq ardına vuraraq yenə mənimlə kobud davranmağa davam etdi. Bundan sonra daha pis təhqir etməyə başladı. Mənə,əynində 5 manatlıq köynək geyinmisən mənə neyniyə bilərsən ki,dedi. O öz yüksək vəzifəli qohumlarının və ətrafının olduğunu və Bakıda ona heç kimin heç nə edə bilməyəcəyini bird aha təkrar etdi.

Men otaqdan cıxıb DİN-nin 102 qaynar xətt xidmətinə zəng etdim. Sabunçu rayon polis idarəsindən polis əməkdaşi göndərdilər və o məsələ haqqında maraqlandı. Mən Sabunçu rayon ekspertizasına getdim və müayinədən keçdim. Aldığım xəsarətlər haqqında rəy hal hazırda ordadır.
Hörmətli Liderinfo.az agentliyi mən sizdən artıq dərəcədə xahiş edirəm ki,mənim fəryadımı Ölkə başçısına,aidiyyatı qurumlara çatdırasınız.Bu kimi öz başına məmurlardan Prezidentimizin inanıram ki, xəbəri yoxdur. Azərbaycan Respublikasının vətəndaşını ,Azərbaycan Respublikasının prezidentinin əmr və tapşırıqlarını saymayan,leksikonunda küçə sözləri işlədən,vətəndaşa yumruq və sillə vuran bir məmurun o vəzifədə işləməsi nə dərəcədə doğrudur?

Mən bu haqqda Cənab İlham Əliyevə və Xanım Mehriban Əliyevaya poçt vasitəsi ilə də müraciət ünvanlamışam.
SURAXANI RAYON MƏHKƏMSİNİN İCRA KAPİTANI ANAR QURBANOV ÖLKƏ PREZİDENTİNİ VƏ XANIMININ ƏMRLƏRİNƏ QARŞI HÖRMƏTSİZLİK EDİR-OTAQDA ADAM DÖYÜR- ŞİKAYƏT-FAKT