Ana səhifə

“Azərsu” şefinin qardaşı şikayətçini ölümlə hədələyir - Prezidentə müraciət olundu

976
“Azərsu” şefinin qardaşı şikayətçini ölümlə hədələyir - Prezidentə müraciət olundu
Elnur İsmayılov: “Faiq Hüseynov tələb edir ki, şikayətlərimə son qoyum, yoxsa o mənim həyatıma son qoyacaq”

Fizuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi “Şuşa” şəhərciyində yaşayan Elnur İsmayılov Prezident İlham Əliyevə müraciət edib. LİA.AZ xəbər verir ki, Füzuli sakini “Azərsu” QSC-nin prezidenti Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovdan şikayət edir.
O yazır ki, ARDNŞ-nin Geofizika və Geologiya İdarəsində rəis müavini vəzifəsində işləyən, əslində isə de-fakto bu idarəyə rəhbərliyi həyata keçirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun qəzəbinə tuş gələrək “ştat” ixtisarı adı altında qanunsuz olaraq işdən azad edilib. “Cənab Prezident, Sizə ünvanladığım öncəki müraciətlərimdə Faiq Hüseynovun korrupsioner əməllərindən bəhs etmişdim. Qeyd edim ki, Faiq Hüseynov məni ölümlə təhdid dir. Mən ümid edirəm ki, bu məlumatın müvafiq orqanlarda maraq doğuracaq və bu məlumatlar iştirakımla araşdırılacaq. Lakin görünən odur ki, mənim həyatım və problemlərim bir yana, dövlətin mənafeyi, büdcədən oğurlanan milyon manatlarla vəsaitdə heç kimi maraqlandırmır. Çünki müraciətimdən sonra yeganə aldığım cavab ARDNŞ-nin vitse-prezidentlərinin imzası ilə ünvanıma daxil olmuş cavab məktubları olmuşdur ki, burada da məni təqsirkar bilib, guya, məni xabərdarlıq məktubunun alınması üçün idarəyə dəvət etdiklərini, lakin bu xəbərdarlıq məktubunu almadığımı, mənə vəzifə təklif edildiyini, bunada etiraz etdiyimi və bunlar haqda aktlar tərtib edildiyi kimi heç bir əsası olmayan yalan sözlərdən başqa heçnə yazılmamışdır. Məktubun sonunda isə cənab vitse-prezidentlər göstərir ki, guya, ərizəmdə göstərdiyim digər məsələrlə bağlı göstərdiklərim öz təsdiqini tapmayıb (?!)”
Elnur İsmayılov qeyd edir ki, xəbərdarlıq məktubunu almaq üçün onu necə idarəyə dəvət edirlər. “Qəbul etsək ki, əgər mən xəbərdarlıq məktubunu almaqdan imtina etmişdimsə, onda niyə bu məktub mənim ünvanıma göndərilməyib? İkincisi, niyə mənə təklif edildiyi deyilən vəzifələrə mən işdən çıxarılmamışdan keçirilməyib?! Bütün bunlr sübut edir ki, Vitse prezidentlərin cavab məktublarında göstərilənlər ağ yalandır?! Bu yalanların ən böyüyü isə guya ərizəmdə göstərdiklərimin öz təsdiqini tapmaması barədə yazılanlardır! Belə əminliklə ona görə deyirəm ki, bu faktların iştirakım olmadan yoxlanılmasına inanmıram! Digər tərəfdən ərizəmdə göstərdiklərimin araşdırılması üçün ən azı 2-3 ay müddət lazım olduğu halda, 10-15 gün içərisində bir bu qədər fakt necə və kim tərəfindən yoxlanılıb?! Bütün bu sualların bir cavabı var: heç bir araşdırma aparılmayıb!”
LİA.AZ vasitəsi ilə Prezident İlham Əliyevdən dəstək istəyən Füzuli sakini vurğulayır ki, onun bu müraciəti araşdırılacaq və Faiq Hüseynov kimi dövlət əmlakını talayanlar cəzalandırılacaqlar.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.