Ana səhifə / Əsas Xəbər

Vüsal Novruzovla bağlı yeni qalmaqal: “Bahalı maşın kolleksiyası”- PULL KOLLEKSİYASI

1316
Vüsal Novruzovla bağlı yeni qalmaqal: “Bahalı maşın kolleksiyası”- PULL KOLLEKSİYASI
Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vüsal Novruzovun bahalı kolleksiyasının olması barədə qalmaqallı xəbərlər yayılır.

LİDERİNFO.AZ xəbər verir ki,aztoday.az-ın Məlumatına görə, Novruzov ölkə başçısının qoyduğu qadağalara baxmayaraq, Bakıya ən son model bahalı avtomobilləri gətirib. Belə ki, Vüsal Novruzov vəzifə imkanlarından yararlanaraq ölkəyə qaçaq yolla gətirdiyi malların biznesindən əldə etdiyi gəlirin bir hissəsini bahalı avtomobillərin alınmasına sərf edir. Ərəb şeyxləri kimi həyat tərzi sürdüyü iddia olunan Vüsal Novruzovun gömrük və sərhəd xidmətindəki nüfuzundan istifadə edərək ölkəyə girişi yaşaqlanan avtomobillər gətirib.

Mediada ən çox tənqid olunan gömrük generalı Vüsal Novruzovun 70-dən çox bahalı və son model avtomobillərə sahib olduğu deyilir. Vüsal Novruzovun bahalı maşın kolleksiyasına daxil olan avtomobillər arasında qiyməti 3 milyon dollar olan “Bugatti Veyron” da var. Gömrük genaralının bahalı son model avtomobilləri arasında – Lambargini, Fort, Bugatti, Ferrari, Posher, Audi, BMW, Mercedes, Pogani və s. maşınlar yer alır. Vüsal Novruzovun həmin avtomobilləri əsasən gecə saatlarında Bakı küçələrində sürdüyü iddia olunur.

Görünənlər isə onu deməyə əsas verir ki, mediada Vüsal Novruzov barəsində səslənən tənqidlər fonunda gömrük generalı nəinki həyat tərzini dəyişir, hətta dövlət başçısının qoyduğu qaydalara belə meydan oxuyur.