Ana səhifə / Əsas Xəbər

FERMER ZƏRDAB MƏMURLARINI İFŞA ETDİ - ŞİKAYƏT

1204
FERMER ZƏRDAB MƏMURLARINI İFŞA ETDİ - ŞİKAYƏT
Qəbələnin Laza kənd sakini, fermer Valeh Ağaşirinov Məciməddin oğlu LİDERİNFO.AZ-a müraciət edib.

Onun sözlərinə görə, uzun müddətdir fermer təsərrüfatı yaradıb ailəsini dolandırmaqla yanaşı kənd təsərrüfatının inkişafına töhfələr verir: “Dövlətimizdən tam razıyam ki, bunun üçün bizə münbit şərait yaradıb. Qəbələ sakini olsam da, fermer təsərüffatının inkişafı üçün qış aylarını Zərdabda qış yatağında, yay fəslində isə Qubada yaylaqda qalırıq. Artıq bu bizim yaşam tərzimizdir.

Qışlaq sahəsi üçün Zərdab rayon ərazisində dövlət mülkiyyətində olan 70 hektar torpağı örüş sahəsi kimi uzun müddətli istifadə etmək üçün Zərdab Rayon İcra Hakimiyyəti ilə 02 may 2014-cü il tarixdə icarə müqaviləsi bağlamışam. Həmin torpaq sahəmin üzərində yardımçı bina yaşamaq və mal-qoyun sürüsünü saxlamaq üçün tikinti aparıb ondan istifadə edirəm.

Həmin ərazidə ümumi sahəsi 306 hektar olan örüş torpağından istifadə üçün məndən başqa digər iki nəfər fermerdə müqavilə bağlayıb. İndi hər fermerə müqavilə əsasında ayrılmış torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi zərurəti yaranıb ki, buna görə ortada süni ixtilaflar, ziddiyətlər var.

Belə ki, mənim istifadəmə müqavilə əsasında verilmiş 70 hektar torpaq sahəsinin sərhədləri qanunla fermamın və müvəqqəti yaşamaq üçün tikilmiş evin əhatə etdiyi ərazidən təyin edilməsi əvəzinə tam qanunsuz olaraq başqa yerdən təyin etmək istəyirlər ki, bu saxtakarlıq və qanunsuzluqdur.

Çünki neçə ildir ki, mən həmin yerdə ferma, ev tikib torpaqdan istifadə edirəm, buradan heç nə dəyişməyib.306 hektar torpaq sahəsi eyni kateqoriyadır.

Qışlaq sahəsi üçün Zərdab Rayon İcra Hakimiyəti başçısı ilə müqavilə bağlayan Alim adlı şəxs isə fermer deyil, Qəbələ rayonunda taksi fəaliyyəti ilə məşğul olur.

Sadəcə olaraq Zərdab Rayon İcra Hakimiyyətinin işçisi kimi özünü təqdim edən Mehman adlı şəxslə əlbir olub müqavilə bağlayıb dəllalıqla məşğuldur. Alim həmin icarəyə götürdüyü torpağı başqa şəxslərə icrəyə verməklə pul qazanır.

İndi də qanunu icarə müqaviləsi ilə istifadə etdiyim qışlaq örüş sahəmin sərhəddini dəyişmək istəyirlər. Buna görə də mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Prezident yanında Apellyasiya Şurasının sədri cənab Eldar Nuriyevə, Aqrar siyasət məsələri şöbəsinin müdiri cənab Azər Əmiraslanova, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova, Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova və digər vəzifəli şəxslərə müraciət edib xahiş edirəm bu qanunsuzluq faktını tam, hərtərəfli və obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz.


Mütəxəsislər dəvət edilməli , obyektiv araşdırma aparılmalı, müqavilənin şərtlərinə əməl edilməli, icarəyə götürdüyüm 70 hektar torpaq sahəmin sərhədini evim, fermam yerləşən ərazidən təyin edilməli və mənim fermer təsərrüfatımın fəaliyyətinə əngəllər yaradan vəzifəli şəxslərin barəsində təsirli, cidi tədbirlər görülməlidir.

Xahiş edirəm kömək edin bu ölkəni saxtakarlardan qurtarın əsil iş görən sahibkarlara, fermerlərə maneə olanları cəzalandırın.

Əlaqə telefonum; 050 362-48-65