Ana səhifə / Əsas Xəbər

"Laçın prokurorluğu Təhsil şöbəsi ilə əlbirdir"-Zakir Qaralova ŞİKAYƏT

2259
"Laçın prokurorluğu Təhsil şöbəsi ilə əlbirdir"-Zakir Qaralova ŞİKAYƏT
Laçın rayonunda özbaşınalıq hələ də davam edir.
Bu barədə Liderinfo.az-a müraciət edən Laçın rayon Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlunun şikayətini sizlərə olduğu kimi təqdim edirik.

Hörmətli LİDERİNFO.AZ !

Laçın rayonun 1 nömrəli tam orta məktəbində ciddi qanun pozuntularına yol verildiyi və hətda təksibolunmaz korrupsiya faktlarının olması barədə həm aidiyyatı dövlət orqanlarına və həmdə KİV-lərə müraciətlərim olub. 1 nömrəli məktəbin direktoru P.Rəhimovanın qanunsuz əməllərinə bir başa şərik olan Laçın RTŞ-nin müdiri M.Vəliye Azərbaycan Respublikası Təhsil Nazirliyindəki havadarlarının köməkliyi ilə adıgedən məktəbdəki korrupsiya faktlarını örtbasdır etmək üçün əlindən gələni edir.
"Laçın prokurorluğu Təhsil şöbəsi ilə əlbirdir"-Zakir Qaralova ŞİKAYƏT
M.Vəliyev KİV-lərdə göstərdiyim korrupsiya faktlarının üstünü örtbasdır emək məqsədi ilə iddiaçı tərəf olmağıma baxmayaraq iştirakımı təmin etmədən bəzi məsələlərdə P.Rəhimovanın korrupsiya əməllərinə şərik olan Laçın RTŞ-nin əməkdaşlarından komissya yaratmış və göstərdiyim təksibolunmaz faktların inkar edilməsinə dair saxta sənədlər tərtib etdirmişdir. Bu cinayət əməlinin örtbasdır edilməsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi yüksək çinli məmurları da M.Vəliyevə köməklik etməkdədir. Rayonun 1 nömrəli tam orta məktəbində ciddi korrupsiya faktlarının olduğunu və iştirakım təmin edilməklə araşdırma aparılmasını Laçın Rayon Prokurorluğundan rəsmi ərizə ilə xahiş etmişəm.

Laçın Rayon Prokurorluğunda araşdırma aparan Ağcabədi Rayon Prokurorluğunun müstəntiqi Orxan müəllim digər iddiaçı Laçın Rayon 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi F.İbrahimovanı dindirərkən müəllim işlədiyi məktəbdə göstərdiyim korrupsiya faktları təsdiq etmişdir.Lakin nədənsə Laçın Rayon Prokuroru iştirakım təmin olunmaqla aidiyyatı orqanların yoxlama aparmsı tələbimi qəbul etmədən prosesi ləngidərək dərs ilinin sona çatmasına və M.Vəliyevi sudan quru çıxartmağa çalışır."Laçın prokurorluğu Təhsil şöbəsi ilə əlbirdir"-Zakir Qaralova ŞİKAYƏT

Hörmətli LİDERİNFO.AZ!

Mən sizin vastənizlə bir daha Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova müraciət edərək göstərdiyim məsələni nəzarətinə götürməsini və iştirakım təmin olunmaqla rayonun 1 nömrəli tam orta məktəbində araşdırma aparılmasına dair Laçın Rayon Prokurorluğuna göstəriş verməsini xahiş edirəm.

Baxışov Müqabil Baxış oğlu(Laçın rayon)
"Laçın prokurorluğu Təhsil şöbəsi ilə əlbirdir"-Zakir Qaralova ŞİKAYƏT