Ana səhifə / Əsas Xəbər

Təhsil Nazirliyinin göz yumduğu 95 saylı məktəbdə böyük yeyinti...

779
Təhsil Nazirliyinin göz yumduğu 95 saylı məktəbdə böyük yeyinti...
Bu günlərdə redaksiyamıza Xətai rayonu 95 saylı məktəblə bağlı ilginc məlumatlar daxil olmaqdadır.

Belə ki, məlumata görə, 95 saylı məktəbdə bu yaxınlarda hər bir sinif daxil olmaqla bütün məktəb kamera sistemi ilə təmin edilib. Bir məktəbin kamera ilə başdan ayağa kimi təmin olunması əslində 20 000 manata başa gəlibmiş. Amma bu rəqəm rəsmi göstərilən rəqəm deyil. 20 000 manat əslində xərclənən pulimiş. Rəsmi göstəricilərdə bu rəqəm 5 dəfə artırılaraq, 100 000 manat dəyərində göstərilib. Deməli 80 000 manat yeyinti olub. Bəs görəsən bunu nə üçün Təhsil Nazirliyi görməzdən gəlir? Axı bu qədər böyük məbləğin sadəcə bir məktəbin yeyintisi hesab etmək olmaz? Görünür bu yeyintilərin icraatında sadəcə məktəb direktorları bir alət kimi istifadə olunur. Amma mövcud iqtisadi çətinlikdə, dövləti aldadaraq, 80 min pulunu çalmaq, xəyanət və cəsusluq kimi dəyərləndirilməlidir.

Maraqlısı odur ki, bu günlərdə Təhsil İdarəsi tərəfindən Xətai rayon məktəblərində “gözlənilməz” yoxlama kəşviyyat komissiyası fəaliyyətə başlayıb. Təəcüblüsü odur ki, həmən yoxlama da, gəlib düz 8 mart ərəfəsinə təsadüf edib. Bu başqa bir mövzunun məsələsi olsa da, qeyd edək ki, yoxlamanın təsadüf etdiyi tarix görünür komissiyanın uzaqgörənliyindən xəbər verir...

Əlqərəz, həmən yoxlama komissiyası bu günlərdə Xətai rayonu 95 saylı orta mətkəbdən start götürüb. Bəs sual olunur: “Əgər Təhsil İdarəsinin apardığı yoxlama həqiqətən də, bəsit və şəffaf sürətdə aparılırsa, 95 saylı məktəbdəki bir az əvvəl qeyd etdiyimiz yeyintini niyə aşkar etməyib?”
Bir məsələni də qeyd edək, 95 saylı məktəb Xətai rayon məktəblərinin kuratoru hesab edilir. Yəni xatırlayırsınızsa, hələ Misir Mərdanovun zamanında həmən məktəbin birbaşa Təhsil Nazirliyinin görəvlərini yerinə yetirərək, digər məktəblər üzərində kuratorluq etməsi bəlli olmuşdu. İndi yeyintinin də, məhz həmin məktəbdə olduğu iddia edilir. Sizcə bu Təhsil İdarəsinin gözlərə pərdə salmaq məqsədilə “yoxlama” komissiyasının nə üçün yeyintini aşkar etməməsi də yavaş-yavaş aydın olmurmu?

Cənab Prezidentin “Bütün gərəksiz yoxlamaları dayandırın!” kimi sərəncamı görünür hər bir sahəyə ayrı ayrılığında deyilməlidir. Çünki bizim məmləkətdə hamı “cibi dolu olmağın” iddiasındadır, arif olub, bir işarədən anlamaq üçün dərrakəli olmaq bizimkilər üçün sadəlövhcəsinə qeyri real arzu hesab edilir... Elə ona görə də, nə cibimiz, nə də dərrakəmiz arif adamdakı kimi dolu olmur...

Və yaxudda, Cənab Prezidentin sərəncamı, “Sabah nə üçün yeyintidən xəbəriniz olmayıb?” kimi sorğu-sual zamanı cavab olaraq işlədərək, məsələnin bağlamağa hesablanıb. Yəni bildirəcəklər ki, siz dediz aparmayın, biz də aparmadıq. Amma fakt ondan ibarətdir yoxlamalar aparılır. Amma bu yoxlamaların heç bir halda ictimailəşdirilməsini istəməyən Təhsil Nazirliyi görəsən hansı məqsədləri güdür?