Ana səhifə / Əsas Xəbər

Sığorta şirkətinin "Lotu Mamedinin" daha bir gizli işi üzə çıxdı: MİLYONLUQ YEYİNTİ İDDİASI

1483
Sığorta şirkətinin "Lotu Mamedinin" daha bir gizli işi üzə çıxdı: MİLYONLUQ YEYİNTİ İDDİASI
«Azərsığorta»nın rəhbəri hər il aztəminatlı ailələrin sığortası adı altında Maliyyə Nazirliyindən onmilyonlarla manat pul alırmış

Azərbaycanın sığorta bazarında ad çıxarmış, lakin mənfi yöndə tanınan «Azərsığorta» Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovla bağlı yeni ilginc məlumatlar yayılıb. LİDERİNFO.AZ xəbər verir ki, «Sığorta Mamed» kimi tanınan şirkət rəhbəri uzun illərdən bəri yığdığı sərvətini artıq ölkədən çıxarmağa başlayıb.

Məlumatlarda deyilir ki, əsasən, Türkiyədə mülklər almağa cəhd edən sözügedən şəxs artıq bu istiqamətdə bir sıra addımlar atıb. Belə ki, qardaş ölkədə daşınmaz əmlaka sərmayə qoyan Mamed Mamedov prosesi davam etdirməyə çalışır.

Bu əsnada, o da qeyd edilir ki, şirkət rəhbərinin müavini Aftandil Hacıyev və mühasibi Əfruz Şərifova da onunla eyni addımı atırlar. Bu şəxslər də bütün pullarını qonşu ölkənin əmlak sektoruna yatırmaqla məşğuldurlar. Bildirilir ki, «Azərsığorta»da bütün maliyyə əməliyyatlarına nəzarət edən üçlük bütün məsələlərdə birgə hərəkət etməyə üstünlük verirlər.

LİDERİNFO.AZ-a verilən son məlumatlara görə, «Sığorta Mamed»in işləri bununla bitmir. Onun Çexiyanın əmlak bazarına da ayaq açdığı vurğulanır. Bildirilir ki, şirkət rəhbəri Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villia inşa etdirib. İldə 3-4 dəfə villasına baş çəkən Mamed Mamedov, orada istirahət edərək, geri dönür.

Saytımıza yazan mənbə həmçinin bir sıra ağır ittihamlar da səsləndirib. Belə ki, bu dəfə söhbət sığorta ilə bağlı şirkətin etdiyi saxtakarlıqlardır. MənbəLİDERİNFO.AZ-a yazır: «Hər il aztəminatlı ailələrin evlərinin sığortası adı altında Maliyyə Nazirliyindən on milyonlarla manat vəsait alınır. Amma heç bir ailəyə sığorta şəhadətnaməsi verilmir. Ayrılmış pullar isə ayrı yolla şirkət rəhbərinin cibinə axır. Həmin ailələrin bundan xəbəri yoxdur. Ona görə də, evləri yanıb kül olsa belə, yenə də onlara hər hansı bir sığorta pulu ödənilmir. Halbuki Mamed Mamedov həmin pulları öz adına yazdıraraq, götürməklə məşğuldur».

Mənbə vurğulayır ki, «Azərsığorta»nın rəhbəri hər yerdə bildirir ki, dövlət sığortası anlayışı və institutu yalnız Azərbaycan və Belarusiyada mövcuddur. Və beləcə, bu işlərə məəttəl qaldığını qeyd edir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.