Ana səhifə / Əsas Xəbər

Laçın rayon sakini Başçı ilə Təhsil şöbəsinin müdirindən şikayət etdi- Müaricət

1451
Laçın rayon sakini Başçı ilə Təhsil şöbəsinin müdirindən şikayət etdi- Müaricət
Hörmətli Liderinfo.az Laçın rayon İ.H.B-sı A.Səlimov və rayon Təhsil şöbəsinin Müdiri Malik Vəliyev əlbir olaraq rayonun idarə və müəssisələrini özünün şəxsi biznesinə çevirib rayonu korrupsiya çirkabına salıb.

Bu cütlüklərin törətdikləri korrupsiya əməlləri barədə yüzlərlə şikayət ərizələri ilə əlaqədar təşkilatlara müraciət etmişəm hələ də bu cütlüklərin cinayət əməllərinin qarşısı alınmayıb daha da fəallaşaraq öz bildiyini edirlər.Rayon İ.H.B.A.Səlimov və RTŞ-nin müdüri M.Vəliyevə gözün üstə qaşın var deyən olmayıb.
Dövlətin büdcəsini saxta yollarla talayan bu cütlüklər talan etdikləri pulları həzmiramədən keçirəndə görəsən rayon Prokroru nəyə nəzarət edir?
Məni narahat edən budur ki, bu qaçqın rayonda olan şikayətlərə biganə qalan əlaqədar təşkilatlar bu sonu görünməyən yolla hara gedəcəklər?

Yüksək vəzifə sahiblərinin yuxarıdan aşağı baxması zəhmətkeş xalqa ögey münasibət bəsləməsi çar devrində də olmayıb.Amma Laçın rayon R.İ.B-sı vətəndaşları fərdiləşdirib qəbul edir.Şəxsən 2 aydır ki, məni qəbul etmir.Laçın rayon İ.H.B-sı Akif Səlimov Şah üsuluna keçib belə olduğu halda M.

Ələkbər Sabirin bir beyiti yada düşür:
Millət necə tərac olur olsun nə işim var,
Düşmənlərə möhtac olur olsun nə işim var.
Qoy mən tox olum özgələr ilə nədi karım,
Dünyəvi cahan ac olur olsun nə işim var.

Hörmətli LİDERİNFO.AZ təki A.Səlimovun və M.Vəliyevin toqqasının altı möhkəm olsun bizi kimilərinin gündə yüzü bu cütlüyün nə vecinə. Göstərə bilərəm ki, yazılan ərizələrə cavab verməmək söyülüb təhqir olmaqdan pisdir artıq kimə şikayət edəcəyimi bilmirəm sizin vasitənizlə Hörmətli Cənab Prezident İ.Əliyevə üzümü tutub xahiş edirəm məni bu qəddar rüşvətxor Şahın zülmündən başqa bir əraziyə köçürməyə köməkdarlıq edəsiz.

Laçın rayon sakini Baxışov Baxış.