Ana səhifə

Bakıda daha bir bank fırıldağa əl atdı - "NikoilBank" belə "torba tikir"... - Zakir Qaralovdan kömək istənildi

869
Bakıda daha bir bank fırıldağa əl atdı - "NikoilBank" belə "torba tikir"... - Zakir Qaralovdan kömək istənildi
Redaksiyamıza müraciət edən Mingəçevir şəhər sakini Zaur Zamanov "NikoilBank"ın işçilərinin özbaşınalığından şikayətçidir. Narazı vətəndaş dia.az-a yazır ki, o, 3 il əvvəl hazır kreditdə olan və "NikoilBank"da kreditdə olan "deyvo" markalı maşını alıb.

Vətəndaş Liderinfo.az-a müraciətində bildirir: "Ödəmələrimdə ciddi provlemim olmasa da, son olaraq banka 1300 manat borcum yarandı. Bu vaxta qədərki ödəmələrimdəki nümunəvilik nəzərə alınmadan maşınıma bank tərəfindən əl qoyuldu. Halbuki 3 illik kreditin bitməsi müddətinə cəmi 3 ay qalmışdı.

Amma mənə hansısa güzəşt olunmadan maşınımı əlimdən aldılar.

Bu da azmış kimi indi də maşın kimin adınadırsa həmin şəxsi öyrədərək mənə verilmiş etibarnamənin ləğvinə çalışırlar ki, bu yolla maşını əlimdən çıxarsınlar.

Mətbuat vasitəsilə baş prokuror Zakir Qaralovdan kömək istəyirəm.

Bunlara imkan verməyin mənim haqqımı yesinlər. Kasıbçılıqla ailəmi dolandırıram. Mənə kömək edin".

Qarşı tərəfi də dinləməyə hazırıq...