Ana səhifə / Redaksiya seçimi / Əsas Xəbər

ŞOK!!!Laçın rayon sakini üsyan etdi!-Təhsil şöbəsinin müdiri ilə Direktorun korrupsiya əməlləri

5600
ŞOK!!!Laçın rayon sakini üsyan etdi!-Təhsil şöbəsinin müdiri ilə Direktorun korrupsiya əməlləri
Laçın rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev,1 saylı orta məktəbin direktoru Rəhimova Pərvanə və 13 saylı məktəbin direktoru Füzuli İbadovun korrupsiya əməlləri araşdırılmalıdır.

Hörmətli Lider informasiya agentliyi.(LİA.AZ)
Laçın rayonunun 1 nömrəli tam orta məktəbinin direktoru Pərvanə Rəhimovanın bir sıra korrupsiya əməlləri ilə bağlı aidiyyatı dövlət orqanlarına və KİV-lərə mütəmadi müraciətlərim olub. Aidiyyati dövlət orqanları göstərdiyim faktların araşdırmamaları və hətta göstərdiyim korrupsiya əməllərini törədənlərə rəvac verməsi həyatımı təhlükə altına atıb.

Beləki, 1 nömrəli tam orta məktəbin direktoru Pərvanə Rəhimova Laçın rayonunun aidiyyatı dövlət orqanlarının ona” krışalıq” etmələrindən və Respublikanın aidiyyatı orqanlarının göstərdiyim faktların araşdırmamalarından suii istifadə edərək haqq səsimi boğmaq üçün guya məktəbdə törətdiyi korrupsiya əməllərini kütləvi informasiya agentliklərində işıqlandırdığımı şərəf və ləyaqətinin təhqir olunması hesab edərək məni məhkəməyə verib törətdiyi korrupsiya əməllərindən doymayıb məndən təzminat tələb edərək korrupsiya əməllərini örtbasır etmək istəyir.

Mən göstərdiyim korrupsiya faktlarının doğru olduğunu 23 il pedoqoji fəaliyyətlə məşqul olmuş həmçinin Laçın rayon təhsil şöbəsində metodist və məsləhətçi vəzifələrində çalışmış təcrübəli bir mütəxəsis kimi israr etsəm də nədənsə hansısa sehirli qüvənin təsiri ilə heç bir aidiyyatı dövlət orqanı həmin faktları araşdırmırlar.

Mən LİDERİNFO.AZ(LİA.AZ) vasitəsi ilə Respublikanın aİdiyyatI dövlət orqanlarından soruşmaq istəyirəm dövlət əmlakını qarət edən, Korrupsiya çirkabında boğulan, məktəblərin əsaslı və cari təmirinə ayrılmış vəsaitlər hesabına şəxsi büdcəsini artıran məmurun yəni Laçın rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin və Rusiya Fedarasiyasında yaşayan müəllimə əməkhaqqı buraxan məktəb direktoru Füzuli İbadovun, aylığa şagirdləri buraxan, saxta xəstəlik vərəqələri ilə dövlət əmlakını qarət edən, işə gəlməyən və bizneslə məşqul olan müəllimlərə əmək haqqı buraxan, texniki işçilərin əksəriyyətinin əmək haqqı kartlarını cibində gəzdirərək mənimsəyən məktəb direktoru Pərvanə Rəhimovanın hansı şərəf və ləyaqətinə təzminat düşür?
ŞOK!!!Laçın rayon sakini üsyan etdi!-Təhsil şöbəsinin müdiri ilə Direktorun korrupsiya əməlləri
Sizin LİA.AZ portalınız vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına, Baş Prokurorluq yanında Korupsiya İdarəsinin rəisi Kamran Əliyev cənablarına, Maliyyə Naziri Samir Şərifov cənablarına və Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov cənablarına müraciət edərək bildirirəm ki, Laçın rayonunun bəzi idarə və müəsissələrində, xüsusən Laçın rayon Təhsil Şöbəsində ciddi korrupsiya faktları mövcuddur. Lakin nədənsə göstərdiyimiz korrupsiya faktları araşdırılmır.

Sizdən xahiş edirəm ki, Laçın rayon Təhsil Şöbəsində və Təhsil Şöbəsinin nəznində fəaliyyət göstərən Ümumitəhsil məktəblərində göstərdiyim korrupsiya faktlarını araşdırmaq üçün iştirakım təmin olunmaqla komisiyya yaradılsın, əgər göstərdiyim faktlar öz təsdiqini tapmasa Azərbaycan Respublikasının müvafiq qanunları qarşısında tam məsuliyyətimlə cavab verməyə hazıram.
ŞOK!!!Laçın rayon sakini üsyan etdi!-Təhsil şöbəsinin müdiri ilə Direktorun korrupsiya əməlləri
Laçın rayon Şeylanlı kəndindən Məcburi köçkün, hal-hazırda Taxtakörpü məcburi köçkünlər qəsəbəsində müvəqqəti məskunlaşmış və Malik Vəliyevin əlindən qaçqınlıq təki bir bəlayla üz-üzə qalmış Baxışov Müqabil Baxış oğlu. 050-891-62-00

P.S. Gələn sayımızda Malik Vəliyevin hansı korrupsiya əməllərində əli olduğu haqqda dərc edəcəyik bizi izləyin.LİDERİNFO.AZ(LİA.AZ)