Ana səhifə / Əsas Xəbər

Zərdabda İcra başçısı Təhsil Nazirliyinin xəbəri olmadan orta məktəb yaradıb-Özbaşınalıq

1485
Zərdabda İcra başçısı Təhsil Nazirliyinin xəbəri olmadan orta məktəb yaradıb-Özbaşınalıq
Məktəbdən gəlir mənbəyi kimi istifadə edən Lütvəli Babayev.

Yeni massivdə inşa edilmiş təhsil ocağına hər birindən 1500-2500 manat pul alınaraq, 75 müəllim işə götürüblər
Zərdab rayonunda orta məktəblərdən biri bağlanıb. 4 saylı orta məktəbin müəllim kollektivinin Aia.az -a verdiyi məlumata görə, 2 ay əvvəl Zərdabdakı yeni massivdə inşa edilmiş təhsil ocağında 75 müəllim işə götürülüb.

Müəllimlərin iddiasına görə, Zərdabın icra başçısı ora işə götürülən hər bir müəllimdən 1500-2500 manat alınıb. Direktoru isə 7000 manata təyin ediblər. «İndi məlum olub ki, Təhsil Nazirliyi belə bir məktəbin istifadəyə verilməsindən xəbərsizmiş. Nəticədə, 4 saylı adlanan məktəb bağlanıb. İcra başçısı isə hər şeyini sataraqa, məzuniyyət adı ilə rayondan çıxıb. Kimə müraciət edəcəyimizi də bilmirik».

Onların bildirdiyinə görə, bəzi müəllimlər bir qədər də gözləməyi təklif edirlər. «Lakin bir çox müəllimlər Prezident Aparatının qarşısına yürüş etməyi təklif edirlər. Xahiş edirik, bizə köməklik göstərin».

P.S. Gələn sayımızda İcra Başçısı məzuniyyət adı ilə Malaziyyada nə kimi eyş işrətlə məşqul olduğu haqqda foto və yazıları dərc edəcəyik! LİA.AZ