Ana səhifə / Əsas Xəbər

"Bank of Baku" müştəriləri diqqətli olun - Bank sizi aldadır

1736
"Bank of Baku" müştəriləri diqqətli olun - Bank sizi aldadır
Devalvasiyadan sonra işbazların qurduğu "qara bazara" bəzi banklar da qoşulub.

Ölkədə kifayət qədər populyar banklarda olan "Bank of Baku"nun plastik kartları ilə edilən ödənişlər zamanı banl müştərilərini sözün əsl mənasında aldadır.

Bankın müştərilərindən biri olan Pərviz Əzimov bu haqda öz hesabında qeyd edir:

"Devalvasiyadan sonra banklar başlarını kütləvi şəkildə itirməyə davam edir.

"Bank of Baku - Sizə Yaxın Bankçılıq" maestro kartımdan "Facebook ads" üçün 228.3 dollar pul çıxıb, bankdan sms gəlib ki, balansınızdan 390.5 AZN çıxıldı.

Girmişəm Bankın saytında məzənəyə baxıram 1.56-dır. Tamam, 228.3 x 1.56 edir 356 AZN. Zəng etmişəm banka deyir ödəniş 09 yanvar tarixində olduğu üçün həmin gün məzənnə 1.62 AZN olub. Deyirəm, tamam, 1.62 məzənnə ilə 228.3 dollar edir 369 AZN. Bəs niyə 390 AZN çıxmısız?

Zəng mərkəzindəki xanım nəinki suala cavab verə bilmir, hələ tərbiyəsizcəsinə telefonu üzümə "adboy" verir".

Qeyd edək ki, ölkə Prezidenti bazar günü Nazirlər Kabinettinin növbədənkənar iclasında devalvasiyadan sui-istifadə edən işbazlar haqqında tədbir görülməsi üçün Prokurorluq orqanlarına göstəriş verib. /olke.az