Ana səhifə / Əsas Xəbər

Cəlilabadda “yeni il rüşvəti”, “hoqqa”: icra başçısının adına pul yığılır

1748
Cəlilabadda “yeni il rüşvəti”, “hoqqa”: icra başçısının adına pul yığılır
Son vaxtlar daha çox ciddi nöqsanlar barədə söhbət açılan təhsil şöbələrindən olan Cəlilabad rayonu barədə daha bir ilginc olay yaşanıb.

Belə ki, rayonun orta ümumtəhsil müəssisələrində “yeni il” ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizova çatmaq adı ilə məktəblərdə pul yığımı prosesi aparılır. Acınacaqlı hal ondan ibarətdir ki, bu dəfə həmin pul yığımı kompaniyasına tək müəllimlər deyil, şagirdlərin də “şamil” olunmasıdır. Məlumatlı mənbənin sözlərinə görə, artıq əksər valideynlər kəskin şəkildə etiraz edərək onsuz da təhsilin səviyyəsinin aşağı olduğu Cəlilabad məktəblərində olan bu halı “hoqqa” adlandırıblar.

Məsələ ilə əlaqədar olaraq münasibət bildirməsi üçün qarşı tərəfində münasibətini öyrənərək mövzuya daha ətraflı şəkildə qayıdacağıq. Cəlilabad RİH-nin başçısı Əziz Əzizovun valideynlərin təbrincə desək bu “hoqqa”ya aydınlıq gətirəcəyinə ümidvarıq… E.Vaqifoğlu