Ana səhifə / Əsas Xəbər

Laçında məktəb direktoru Pərvanə Rəhimova müəllim və şagirdlərə "qan uddurur"- "DAYDAY"lı Direktor

4451
Laçında məktəb direktoru Pərvanə Rəhimova müəllim və şagirdlərə "qan uddurur"- "DAYDAY"lı Direktor
Xanım direktor məktəbdə baş alıb gedən qanunsuzluqlara dözməyib yuxarı orqanlara şikayət edəcəyini bildirən müəllimlərə əliniz hara çatır qoyun mənim arxamda A.Səlimov dayanıb deyir.
Laçın rayonundan LİDERİNFO.AZ saytına şikayətlər səngimək bilmir!Həmin şikayəti sizlərə olduğu kimi təqdim edirik!

Hörmətli LİDERİNFO.AZ agentliyi!
Xeyli vaxtdır ki, Laçın Rayonunda günü-gündən daha da dərinləşən korrupsiya faktlarından həm dövlət orqanlarına həmdə KİV-lərə şikayət məktublarım daxil olur.

Hesab edirəmki Rayon prokurorluğu indi göstərəcəyim faktları da araşdıraraq lazımı tədbir görəcək.

Bildirirəm ki, Laçın Rayonun 1 nömrəli tam orta məktəbi Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərir.Bu məktəbin direktoru Təyyarə müəllimə yaş həddinə görə işdən azad edildikdən sonra həmin məktəb bu ailənin özəl obyekti olduğu üçün Təyyarə müəllimənin qızı Bayramova Pərvanə Rəhim qızı həmin posta təyinat aldı. Təhsil sahəsindən daha çox biznes sahəsini yaxşı bilən Pərvanə xanım bu məktəbə direktor təyin olunduqdan sonra əsas işini yalnız dolayı yollarla gəlir götürməyə, bir sözlə təhsili özünün biznes sahəsi kimi idarə etməyə başladı. Azərbaycan Respublikasının mərkəzində lap Təhsil Nazirliyinin 30 dəqiqəlik yol məsafəsində özünü çox arxayın hiss edən Pərvanə xanım məktəbin 10-11-ci siniflərinin şəbəkəsinə dərs məşğələlərində iştirak etməyən və yalnız reptitr müəllimlər yanında hazırlıq kursu keçən şagirdlərin adlarını yazmaqla sinif komplektlərini süni surətdə artırır və bununlada xeyli miqdarda dövlət əmlakını mənimsəməyə nail ola bilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını kobud surətdə pozan Pərvanə xanım məktəbin 10 və 11 siniflərinə imkanlı, lakin məcburi köçkün olmayan şagirdlər qəbul edərək hər birindən 1500-2000 manat pul alıb qarşılığında fərdi hazırlıqa buraxmışdır. Pərvanə xanım direktor işlədiyi müddət ərzində bəzi müəllimlərin adına dərs saatları yazmış və dərs saatları tədris edilmədən hesablanmış əməkhaqqını mənimsəmişdir.Eyni zamanda məktəbin 10 nəfər texniki işçisindən yalnız dördü iş yerində olur.Guman ki, qalan 6 nəfər texniki işçinin də əməkhaqqı kartı Pərvanə xanımın cibindədir.(qanunsuz olaraq adlarını məktəb şəbəkəsinə yazıb aylıqa buraxmış 7 nəfər şagirdin və məktəbdə dərs tədris etmədən adına əməkhaqqı yazılmış 4 nəfər müəllimin adını istintaqa açıqlamağa hazıram)

Bu özündənarxeyin xanım direktor hər dərs ilinin əvəlində bütün müəllim və pedeqoji işçilərin hər birindən fond pulu adıyla 30 manat və sinif komplektlərini tənzimləmək üçün yuxarı verəcəyini deməklə 100-150 manat pul toplayır.Göstərdiklərimlə kifayətlənməyən xanım direktor həmdə hər ay hər bir müəllimdən 10-15 manat pul tələb etməkdəndə yan keçmir. Pul verməkdən imtina edən müəllim və pedeqoji işçiləri təhqir edən xanım direktor arxasında Laçın Rayonun İcra Başçısı dayandığını çəkinmədən dilə gətirir.Xanım direktor məktəbdə baş alıb gedən qanunsuzluqlara dözməyib yuxarı orqanlara şikayət edəcəyini bildirən müəllimlərə əliniz hara çatır qoyun mənim arxamda A.Səlimov dayanıb deyir.

Odurki Azərbaycan Respublikasının Təhsil Nazirliyindən, Maliiyyə Nazirliyindən və Baş Prokurorluq yanında korrupsiya idarəsindən komisya ayırmalarını və iştirakım təmin olunmaqla göstərdiyim faktların araşdırılmasını xahiş edirəm.

LİDERİNFO.AZolaraq xatırladaq ki,bu direktor barəsində Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin rəisi cənab Kamran Əliyevə və MTN-ə rəsmi yazılı şikayət ediblər.Baxışov Müqabil

P.S. Gələn sayımızda Pərvanə Rəhimovanın Akif Səlimovun oğlu ilə nə kimi əlaqəsi olduğu haqqda,
Şikayətçi olan Müəllim və şagird kollektivinin video görüntüsü və adlarını açıqlayacağıq,
Pərvanə xanımın qardaşı Bayramov Elsəvər Rəhim oğlunun Vahabi təriqətinin rəhbərlərindən biri olduğu haqqda geniş məlumat verəcəyik!