Ana səhifə / Əsas Xəbər

Cənab Prezident və ölkənin birinci xanımı Mehriban xanım! Mənim fəryadıma nə zaman hay verəcəksiniz?-Laçın rayon sakinindən Şikayət

935
Cənab Prezident və ölkənin  birinci xanımı Mehriban xanım! Mənim fəryadıma nə zaman hay verəcəksiniz?-Laçın rayon sakinindən Şikayət
Laçın rayon sakini İcra başçısını,rayonun Təhsil şöbəsini və Təhsil Nazirliyini ifşa etdi!- Prezidentə müraciət

Laçından redaksiyamıza daha bir şikayət məktubu daxil olub həmin məktubu oxucularımıza olduğu kimi təqdim edirik.

HÖRMƏTLİ LİDERİNFO.AZ saytı!

Mən Baxışov Müqabil ADPU-nun tarix fakultəsini bitirmişəm. 23 illik pedeqoji fəaliyyətimlə yanaşı məktəb direktoru, Laçın RTŞ-də məsləhətçi və metodist vəzifələrində çalışmışam. 2014-cü ilin may ayının 8-də ərizə ilə Laçın RTŞ-nin müdiri M.Vəliyevə muraciət edərək səhhətimdə ciddi problemlərin yarandığını və xaricdə müalicə olunacaqımı bildirdim. Ərəzəmlə öz hesabıma məzunuiiət veriməsini və bu mümkün olmadığı halda ərizəmə əsasən işdən azad edilməyimi xahiş etdim,May ayının 12-də əvvəlcə Gürcüstan Respublikasına və oradanda Rusya Federasiyasının Tatarıstan Respublikasına getdim. May ayının 29-də r əsmi müalicəmə başlandı.Həmin vaxt atam Baxışov Baxış mənə zənc edərək bildirdi ki, Avropa.info saytında "Azərbaycanda təhsil məmuru kürdüstana qaçdı" başlıqlı yazı dərc olunub.Həmin yazıda mənim PKK-çı olduğum və buna görədə Kürdüstana qaçdığım bildirilirdi.Mən həmin günü Avropa.info saytının rəhbəri Ruslan bəşirliyə zəng edib rəhbəri olan Avropa.info saytında haqqımda həqiqətə uyğun olmayan yazının dərc olunmasına etiraz etdim. Eyni zamanda Kazan şəhərində müalicə olunduğumu və haqqımda dezinfarmasiyanı KİV-lərə ötürən məmurların korrupsiya əməllərini ifşa etdiyim üçün məndən qisas aldıqlarınıda bidirdim.Ruslan Bəşirli ilə aramızda olan telefon danışıqından sonra Avropa.info saytı "Kürdüstana qaçma xəbəri yayaılan məmur danışdı" başlıqlı yazı dərc olunmaqla əsl həqiqət Azərbaycan cəmiyyətinə çatdırıldı. Əslində haqqımda qara piyar kompani yasını təşkil edən məmurlar bununlada Azərbaycana dönməyimi əngəlləməyə çalışırdılar.Lakin bu cəhtlərə baxmayaraq mən Azərbaycana döndüm.

Haqqımda yayılan böhtan xarakterli məlumatlarla bağlı Laçın RTŞ-nin müdiri M.Vəliyev KİV-lərə öz münasibətini bildirərərk icazəli olduğumu və hansısa xarici ölkədə müalicə olunduğumu bildirmişdir.

Həmin yazınıda əlavə edirəm.

Təhsil Şöbəsinin müdirindən metodistin Kürdüstana qaçmasına – REAKSİYA

Laçın rayonu Təhsil Şöbəsinin müdiri Malik Vəliyev şöbənin metodisti Müqabil Baxışovun İraqın Kürdüstan vilayətinə qaçması barəd ə mətbuatda yazılanlara münasibət bildirib.

“Avropa. info” saytının yazdığına görə, rayonun təhsil şöbəsinin metodisti, PKK lideri Abdullah Öcalana xüsusi simpatiyası ilə seçilən və bunu heç gizlətməyən Müqabil Baxış oğlu Baxışov Kürdüstana qaçıb. Onun yaxın qohumlarının adına ən müxtəlif banklardan 100 min manatadək kredit götürərək qaçdığı bildirilir. Müqabil Baxışovun artıq bir həftədir ki, İraq Kürdüstanında olduğu qeyd edilir. M.Baxışov mətbuata verdiyi açıqlamalarda Öcalanı dəstəklədiyi və onu terrorçu saymadığını qeyd edib. Təhsil şöbəsinin müdiri K.Vəliyev qeyd etdi ki, həqiqətən M.Baxışov bir həftədir işə gəlmir: “O, səhhətində yaranmış problemlə bağlı olaraq məzuniyyət götürüb. Harada müalicə olunduğunu bilmirəm”. K.Vəliyev bildirdi ki, metodistin PKK dəstəkçisi olduğunu bilmir: “İnsanın kürd, türk və ya başqa millətdən olması onun günahı yoxdur. Bu cür məsələlər şəxsi işdir. İnsanların şəxsi işlərinə qarışmaq istəmirəm”.

Yuxarıda göstərdiklərimi Laçın RTŞ-nin müdiri M.Vəliyev öz müsahibəsində təsdiq etsə də nədənsə kimlərinsə təkidiylə məni 03.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndiylə tutduğum vəzifədən azad edib. Onu da xatırladım ki, metodist vəzifəsi əsas iş yerim hesab edildiyi üçün müqavilə əsasında dərs ilinin sonunacan Şeylanlı kənd iki nömrəli tam orta məktəbində 12 saat dərs tədris etmişəm. Mənim müalicəyə getdiyim dövr dərs ilinin sonuna təsadüf etsədə nədənsə tutduğum vəzifəylə yanaşı rayon müəllimliyindən də azad edilmişəm.

Bu haqda dəfələrlə Laçın Rayon İcra Hakimiyyətinin Başçısına, Laçın RTŞ-nin müdiri M.Vəliyevə, müraciət etsəm də pozulmuş hüquqlarımın bərpa edilməsinə heç bir köməklik edilməyib. Çox anınacaqlı haldır ki, hüquqlarımın pozulmasına Azərbaycan Respublikası Təhsil Nazirliyindən də dəstək nümayiş etdirilir.Belə ki, Laçın RTŞ-nin müdiri M.Vəliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi məktubla müraciət edərək 23 il pedeqoji fəaliyyətlə məşqul olduğumu, müalicə olunduğum haqda xəstəlik vərəqələrimin olmasını və məcburi köçkün olaraq işsizlikdən əziyyət çəkdiyimi nəzərə alaraq müəllim işləməyimə icazə verilməsini xahiş etmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev dərs ilinin sonunda müalicəyə getdiyimi və müəllimlik peşəmlə bağlı hər hansı bir öhdəliyi pozmadığımı nəzərə almadan 18.11.2015-ci il tarixli 46-25-7709/16 nömrəli məktubla əlavə olaraq bildiririk ki, "Müəllimlərin etiq davranış Qaydaları"na əsasən müəllim öz fəaliyyətini qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində həyata keçirməyə və vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirməyə borcludur.

M.Baxışov mövcud əmək qanunvericiliyinin və müəllimlərin etik davranış qaydalarının tələblərinə zidd hərəkətlərə yol verdiyinə görə onun rayonun ümumtəhsil məktəblərində müəllim kimi fəaliiyət göstərməsinə icazə verilmir.
Azərbaycan Təhsilinin başında duran bir məmurun müqavilə əsasında müəllim işləyən müəllimin müqaviləsinin dərs ilinin sonunda bitməsindən xəbərsiz olması çox təssüfləndiricidir.

Hörmətli LİDERİNFO.AZ!
Düçar olduğum bu çətin vəziyyətlə bağlı müracət etmədiyim orqan, döymədiyim qapı qalmayıb.Hətta Preziden Aparatının kuratoru Ağəli müəllimlə də görüşmüşəm. Görüş zamanı Ağəli müəllim işlə təmin olunmağıma dair Laçın Rayon İcra Başçısına göstəriş verəcəyini də vəd etsədə heç bir köməklik edilmədi.Hazırda işsizlik təki dəhşətli bir burulğanında boğulmaqdayam.Xahiş edirəm haqq səsimi Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına və Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya çatdırın bəlkə mənə bir köməklik oluna.

Laçın Rayonundan məcburi köçkün Baxışov Müqabil Baxış oğlu
055-889-94-41LİDERİNFO.AZ