Ana səhifə / Əsas Xəbər
İlham Pirməmmədovun "daydaylıq"etdiyi 170 saylı orta məktəbdə özbaşınalıq
1743

Nuranə Mirzəyeva şagirdlər üçün aylıq «haqq» müəyyənləşdirib, yığdıqlarını isə nazirə verdiyini deyir
Bakıda yerləşən 170 saylı orta məktəbdə özbaşınalığın baş alıb getdiyi bildirilir. Liderinfo.az-a verilən məlumata görə, məktəbin direktoru Nuranə Mirzəyeva işi o həddə çatdırıb ki, bu təhsil ocağında dərs alan şagirdlərdən aylıq «haqq» alır.
İddia olunur ki, direktorun təlimatı ilə 9-cu sinifə qədər oxuyan şagirdlərdən hər ay 5 manatdan pul yığılır. Və bu məcburi qayda daşıyır. Həmin məbləğ 9-11-ci sinif şagirdləri üçün isə iki dəfə çoxdur. Yəni, 10 manat.
Məlumatlarda vurğulanır ki, 170 saylı orta məktəbin direktoru bu pulları özü üçün deyil, Təhsil Nazirliyinin tapşırığı əsasında topladığını iddia edir. Deyilənlərə görə, direktor hətta birbaşa təhsil nazirliyinin əməkdaşı İlham Pirməmmədovla görüşdüyünü və pulları da bilavasitə ona verdiyini də iddia edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər:

Nazirlik baş plan hazırlayıb: internat evləri ləğv olunur
Sosial / Araşdırma
Gəncə Təhsil Şöbəsinin müdiri direktorlardan icra başçısı üçün min manat pul yığır- Araşdırma
Redaksiya seçimi / Əsas Xəbər
Təhsil Şöbəsinin müdirəsi oğlunun qumar borcuna görə 200 min manat ödəyib?
Ana səhifə / Əsas Xəbər
Dövlət Pedaqoji Kollecinin rəhbərliyinə qarşı ittiham var...- İmtahan qiymətləri bahalaşıb
Əsas Xəbər
Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?-Direktor özü dərsi bilmirsə...(FOTO)
Maraq / Əsas Xəbər