Ana səhifə / Əsas Xəbər

İcra başçısıyla iş adamları arasında 9 milyonluq borc qalmaqalı

943
İcra başçısıyla iş adamları arasında 9 milyonluq borc qalmaqalı
Vilaym Hacıyev rayonun abadlaşdırılmasında imkanlarından yararlandığı sahibkarların pullarını vermir

İmişlinin icra başçısı Vilyam Hacıyevin zamanında atdığı addımlar başına bəla olmağa başlayıb. LİDERİNFO.AZ xəbər verir ki, bir zamanlar rahatlıqla bildiyini edən icra başçısı, artıq onların əsirinə çevirlməkdədir.

Məlumatda deyilir ki, dövlət başçısının sahibkarlarla bağlı etdiyi çıxışdan sonra Hacıyevin durumu daha da ağırlaşmağa başlayıb. Belə ki, bir neçə iş adamını İmişli rayonunun yenidən qurulması və abadlıq işlərinə şirin vədlərlə cəlb edən icra başçısı, onların maddi imkanlarından yararlanıb. LİDERİNFO.AZ-a daxil olan məlumata görə, bu işlərə görə, həmin sahibkarların xərclədiyi 9 milyon manatdan çox vəsait isə hələ də sahibinə qaytarılmayıb.

Məlumatlarda iddia edilir ki, Vilyam Hacıyevin iş gördürüb, pullarını vermədiyi iş adamlarının sayı təqribən 5 nəfərə yaxındır. Onlardan 4-ə ayrı-ayrılıqda 2 milyon manat borcu olan icra başçısı, əsasən də onlarla problem yaşamaq ərəfəsindədir. Ona görə ki, iş görüb, pulunu almayan sözügedən şəxslər artıq borcların geri qaytarılmasını tələb etməkdədirlər.

LİDERİNFO.AZ-a daxil olan məlumatda vurğulanır ki, Vilaym Hacıyevin borclu olduğu iş adamlarından biri artıq Baş Prokurorluğa müraciət edib. O, İmişlinin icra başçısında olan 2 milyon manatın geri qaytarılması üçün yardımçı olmalarını istəyib. İşin hazırda araşdırıldığı deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.