Ana səhifə / Əsas Xəbər

Texnologiya Universitetinin rektoru sabiq Rabitə və Texnologiya nazir Əli Abbasovun tələbə yoldaşıdır...

1666
Texnologiya Universitetinin rektoru  sabiq Rabitə və Texnologiya nazir Əli Abbasovun tələbə yoldaşıdır...
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, sabiq Rabitə və Texnologiya nazir Əli Abbasovun tələbə yoldaşıdır...

Artıq bir ilə yaxındır ki, Rabitə Və Texnologiya Naziri Əli Abbasovun yaxın adamlarını korrubsiya, idarəsində çinayət işi qaldırılıb. Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanbovda bu siyahıdadır. Diqqətinizə çatdırım ki, Akif Süleymanovla sabiq Rabitə və Texnologiya naziri Əli Abbasov tələbə yoldaşı olublar. Texnologiya Universitetinin rektorunu sabiq nazir dəstəkləyirdi və onu universitetə rektor təyin olunmağında sabiq nazirin köməkliyi olmuşdur.

2015 ci ilin fevral ayında maliyyə nazirliyinin xüsusi komissiyası Texnologiya Universitetində araşdırma nəticəsində 1 miliyon korrupsiya faktı aşgarlanmışdır, buna baxmayaraq hələdə həbs olunan şəxs yoxdur.

Korrupsiya faktı aşgarlanan Texnologiya Universitetində, prorektorları, dekanları və bir neçə şöbə müdirlərini işdən azad ediblər. Yerinə götürülən şöbə müdirləri, dekanlar, prorektorlar, Universitetin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun yaxın dostlarıdır.

Akif Süleymanovun oğlu Şamil Süleymanov Universiteti sözün həqiqi mənasında ata mülki kimi idarə edir, universitetin büdcəsini atasından geri qalmayaraq istədiyi kimi xərcləyir.

Texnologiya Universitetinə yeni təyin olunan prorektorlar 3000 manat, dekanlar 2500 manat, və şöbə müdirləri 2000 min manat özlərinə pul təyin ediblər, və işə təyin olunmamışdan öncə onlara bu qədər külli miqdarda ayda maaş verəcəyini rektorun oğlu Şamil Süleymanovun qarşısında şərt qoyublar.

Aki Süleymanovun oğlu Şamil Süleymanov ayda bir neçə dəfə universitetə gələrək universitetin işcilərini gobudcasına təhqir edir, hətta sürdüyü maşını universitetin həyətində istədiyi yerdə saxlayaraq, maşından düşüb axranalardan birini maşınına gözətçi qoydurur.
Bir neçə ay bundan öncə yeni təsərrüfat üzrə təyin olunmuş prorektor Xəyal Hacıyevlə, rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovla aralrında böyük dava düşüb, Akif Süleymanovun oğlu Şamil Süleymanov Gəncə Şəhər sakinlərinə qarşı gobud söyünc işlətdiyindən, yeni təyin olunmuş, hal-hazırda öz ərizəsi ilə işdən kənarlaşan Xəyal Hacıyev, Şamil Süleymanovu yumuruq ilə çənəsinə zərbə yetirib, və bu davadan sonra Xəyal Hacıyev tutduğu vəzifədən öz ərizəsi ilə kənarlaşıb.

Akif Süleymanovun Universitetdə etdikləri özbaşınalıqdan xəbər tutan, İcra Başcısı Elmar Vəliyev onu bir neçə dəfə tənbeh edib, buna baxmayaraq Akif Süleymanov öz bidiyini etməkdə davam edir, bir neçə gün bundan öncə iclas zalında Elmar Vəliyev bildirib ki, Texnologiya Universitetinin rektorunun qələmini qırmışam.
LİDERİNFO.AZSƏNAN ƏFƏNDİYEV
Texnologiya Universitetinin rektoru  sabiq Rabitə və Texnologiya nazir Əli Abbasovun tələbə yoldaşıdır...