Ana səhifə / Əsas Xəbər

Azərbaycanın fəxri konsulunun biznes İMPERİYASI

1606
Azərbaycanın fəxri konsulunun biznes İMPERİYASI
Milli manatımızın devalvasiyası bir çox iş adamlarının əsl mahiyyətini açıb ortaya qoydu.

Hörmətli ölkə başçısının təkidli tələblərinə baxmayaraq bəzi sahibkarlar dolların bahalaşmasından sui-istifadə edərək vətəndaşları narazı salırlar. Həqiqətən də bir çox ticarət obyektləri, marketlər əhaliyə qənim kəsilmək üçün yarışa çıxıblar. Belə obyeklərdən biri barədə ölkə mətbuatı yazılar dərc edir.

“ Redaksiyamıza müraciət edən bir qrup şəhər sakini “Kontakt Home” mağazalar şəbəkəsində mövcud olan özbaşınalıqlardan şikayətlərini dilə gətirdilər.

Şəhər sakini Kamal müəllim deyir ki, iki ay əvvəl şəbəkənin “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən mağazasından kreditə telefon götürüb: “Telefonu almamışdan qabaq “kontakt.az” saytına girib qiymətlərlə maraqlandım. Saytda yerləşdirilən məhsulların hamısının qiyməti manatla göstərilmişdi. Mən də buna inanıb mağazaya üz tutdum və üç ay müddətinə “İphone 6” mobil telefonu götürdüm. Elnur ABC 2Telefona görə 150 manat ilkin ödəniş verdim. Hər ay isə 165 manat ödəməli idim. Bu günlərdə mağazadan mənə zəng gəldi ki, kreditin vaxtı çatıb gətirin pulu ödəyin. Mağazaya gedəndə öyrəndim ki, ödənişi dollarla etməliyəm. Buna etirazımı bildirdim. Filialın rəhbərliyi isə müqavilənin məhz dollarla bağlandığını bildirərək ödənişi dolların yeni kursu ilə etməli olduğumu söylədi. Halbuki, telefonu alanda satıcı və kassada oturan məsul şəxs bu haqda mənə heç bir məlumat verməmişdi. Yəni deməmişdilər ki, ödənişi dollarla etməlisən. İndi qalmışam çıxılmaz vəziyyətdə. 165 manat əvəzinə 220 manat ödəməliyəm. Mənim kimi yüzlərlə insan var. Onlar da eyni problemlə üzləşiblər. “Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyinə də öz iradımı bildirdim, onlar bildirdi ki, əgər krediti ödəməsən, səni məhkəməyə verib pulu artıqlaması ilə alacağıq.

Azərbaycanın fəxri konsulunun biznesi

Dövlət qurumlarından xahiş edirəm ki, yaranmış problemi yoluna qoysunlar”. Digər şikayətçi Nazilə xanım isə bildirdi ki, “Kontakt Home” mağazalar şəbəkəsinin “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı mağazasından aldığı “LG LED 29MT45V” model, 400 manatlıq televizor ona təxminən, 900 manata başa gələcək: “Mağazanın müdiriyyəti ödənişi dollarla etməyimi tələb edir. Mənə deyirlər ki, müqavilədə aylıq ödənişin dollarla edilməli olduğu göstərilib. Açığı televizoru alanda müqaviləyə baxmadım. Çünki ölkə ərazisində bir çox məhsulların satışı məhz milli valyuta ilə həyata keçirilir. Görünür, “Kontakt Home”un rəhbərliyi dolların bahalaşacağından əvvəlcədən xəbərdar olub. Elə buna görə də müqavilədə aylıq ödənişləri dollarla göstəriblər. Məni bir məsələ maraqlandırır, əgər mağazalar şəbəkəsi dollarla alış-veriş edirsə, niyə ilkin ödənişi manatla alırlar, yaxud nəyə görə saytlarında bütün qiymətləri manatla göstərirlər? Belə çıxır ki, “Kontakt Home” şirkətinin rəhbərliyi dolların bahalaElnur ABC 3şmasından istifadə edərək vətəndaşları soyur”.

Azərbaycanın fəxri konsulunun biznesi

Bu arada, araşdırmalar nəticəsində öyrəndik ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır. Həmçinin “Kontakt” mağazalar şəbəkəsi kredit müqavilələrini avadanlıqlara görə dəyişir. Telefon kredit müqaviləsi “ABC-Telekom” MMC ilə bağlanır.(gundelik-baku.com ) скачанные файлы

Maraqlıdır ki, kredit müqavilələri nə üçün məhz “ABC-Telekom” MMC ilə bağlanır..?

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi Elnur Allahverdiyevdir.
Xatırlatma üçün bildirək ki, serhed.info saytında Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin ( digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Məlumat üçün qeyd edək ki, bizə müraciət edən bir qrup sahibkarın bildirdiyinə görə, kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır. Və son vaxtlar ölkədə “süni kontur qıtlığı” yaradaraq yüzminlərlə vətəndaşı, sahibkarları, market sahiblərini narazı salırlar. Görünür Elnur Allahverdiyev yaxşı başa düşür ki, yaxın zamanlarda Azercell-dəki bu monopoliyaya son qoyulacaq və milyonlarla müftə qazanc əldən çıxacaq.

Azərbaycanın fəxri konsulunun biznesi

Araşdırma zamanı o da məlum oldu ki, Elnur Allahverdiyev Sloveniyanın Bakıdakı fəxri konsuludur.

Görünür, cənab Allahverdiyev adını tez-tez çəkdiyi ( amma biz hörmətli şəxslərin adını hallandırmaq istəmirik ) nüfuzli adamlarla əlaqələrindən istifadə edib, həm də ölkəmizin həssas məqamında “Kontakt Home” mağazalar şəbəkəsində əhalinin səbr kasasını daşırır.
Bizi izləyin, yaxın günlərdə Elnur Allahverdiyevin maraqlı “xobbi”ləri və kimlərin adından istifadə edərək öz biznesini necə qurduğu barədə şok yazı dərc edəcəyik. (qafqaznews.az)Azərbaycanın fəxri konsulunun biznes İMPERİYASIAzərbaycanın fəxri konsulunun biznes İMPERİYASI

PS: Bilidrək ki, LİDERİNFO.AZ-a özəl mənbələdən daxil olan məlumata görə "Kontakte Home" mağazalar şəbəkəsinin rəhbərlərindən biri olan Elnur Allahverdiyevin və digər ortaqlarının MTN-də yüksək rütbəli havadarları var.
Məlumatda qeyd olunur ki, Elnur Allahverdiyevin 2 ortağından birin MTN-də işlədiyi və buna görədə illik dövrüyyəsi 100 milyon manata yaxın olan mağazalar şəbəkəsi külli miqdarda vergidən yayına bilir. "Kontakte Home" mağazalar şəbəkəsi ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə şirkətin vergidən necə yayınması ilə oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.