Ana səhifə / Əsas Xəbər

Akif Hacıyev Eldar Mahmudovun rəğbətini necə qazandı..?

2735
Akif Hacıyev Eldar Mahmudovun rəğbətini necə qazandı..?
Vaxtilə Yasamal “JEK”ində çalışan Akif Hacıyev hər gün onun ərazisində yaşayan Eldar Mahmudovun işə gedib-gəlmə qrafikini əzbərləmişdi.

Akif Hacıyevin məqsədi səhər-axşam Eldar Mahmudova qulluq etmək, onun çantasını daşımaq idi. Hətta qonşular Akif Hacıyevin bu hərəkətlərindən xeyli “lətifə” yaratmşıdılar. Bir gün Eldar Mahmudov bu qırsaqqız adamın Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin olunması üçün tapşırıq verdi. Və bir neçə gündən sonra Akif Hacıyev Yasamal MKTB-nin rəisi oldu.

O gündən Akif Hacıyev Eldar Mahmudovun tapşırığı ilə bütün”JEK” müdirlərinə göstəriş verdi ki, ərazilərindəki “jirni” adamların siyahısını hazırlasınlar. “JEK “müdirləri danışır ki, MTN əməkdaşlarının sorğularından bezmişdik. Akif Hacıyev bizi hədələyirdi ki, sorğulara cavab verməsəniz sizi işdən qovacam. Bir sözlə “JEK”-lər MTN-nin “filial”larına çevrilmişdi. Akif Hacıyevin sonrakı fəaliyyəti barədə növbəti yazıda bəhs edəcəyik.