Ana səhifə / Əsas Xəbər

8-ci mkr-da narkotik maddələrin satışı davam edir - VİDEOLAR

1525
8-ci mkr-da narkotik maddələrin satışı davam edir - VİDEOLAR
Xeyli müddətdir ki, qafqaznews.az saytı Bakı şəhərində qanunsuz narkotik-psixatrop maddələrin satışı ilə məşğul olan apteklərlə bağlı reydlər keçirərək silsilə yazılar dərc edir.

Ancaq bütün bunlara baxmayaraq narkotik-psixatrop maddələrin satışının qarşısı alınmır, əksinə paytaxda bu maddələrin qanunsuz satışı günbəgün çiçəklənir. Belə apteklərdən biri də 8-ci mikrayon, Cəfər Xəndan küçəsi, 13-də yerləşən aptekidir.

Dünən əməkdaşlarımız bu aptekdən reseptsiz Tramadol adlı psixatrop dərmannın satışını videolentə alıb. Məlumat üçün bildirək ki, bu aptekdən əvvəl əməkdaşlarmız Nərimanov rayonu Azadlıq prospekti 235 c və 235 d ünvanda yerləşən apteklərdə də reydlər keçirib Lirika adlı psixatrop dərmanların satışını videolentə almışdır.

Həmin ərazi Nərimanov RPİ-nin 16- cı Polis Bölməsinin sahəsi olduğuna baxmayaraq həmin bölmənin əməkdaşı müxbirimizi aldadaraq bildirib ki, guya həmin ərazi Binəqədi RPİ-nin 4- cü Polis Bölməsinin ərazisidir. Bunu nəzərə alaraq bildiririk ki, dünən reyd keçirtdiyimiz 8 -ci mikrorayon Cəfər Xəndan küçəsi 13 -də yerləşən “Elite” aptekinin ərazisi Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə aiddir. Reydlərimiz davam edir. İnanmaq istəyərdik ki, hüquq-mühafizə orqanları yaxın günlərdə bu cinayət əməlləri ilə bağlı açıqlama verəcək.