Ana səhifə / Redaksiya seçimi / Əsas Xəbər

Bandotdelin istintaqının rəisi polkovnik Emin Məmmədova 200.000 AZN verdim — Video

1695
Bandotdelin istintaqının rəisi polkovnik Emin Məmmədova 200.000 AZN verdim — Video
3 il həbs cəzası alandan sonra bütün məhkəmə instansialarında uduzdum.

Çünki, Müşfiq Atakişiyev hakimlərə məndən çox pul təklif edirdi. Onlar da qərarı qüvvədə saxlayırdılar. Bir çıxış yolum qalmışdı. 3 ilin yarım yatmışdım, deməli yarım müddət keçəndən sonra yerli məhkəməylə çıxa bilərdim. Bunu mənə vəkilim Dilqəm Ağayev başa saldı, amma həbs edən idarənin razılığı olmalı idi. Məni Bandotdel həbs eləmişdi. Gülməlidi, müəllimi Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi həbs edir.

Xəbərim olmayıb ki, Mən ya Ben Ladenəm ya Şamil Basayev. Deməli, vəkilim getdi Bandotdelin İstintaqının rəisi olan Emin Məmmdovla söhbətə. O, fantastik məbləğ istədi. Mən razılaşdım. (200.000 Manat) Dostlarıma xəbər yolladım, pul verildi. Mən Azadlıqdayam. Aşağıda Videoda bu söhbət öz təsdiqini tapır. Bu Videodan sonra vəkilimin lisenziyasını ləğv etdilər. Amma, polkovnik Emin Məmmədov İstintaqın rəisi olaraq qalır…

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev